"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 752
Könüllü fəaliyyətinə sən də qoşul!
Mətbuat xidmətinin məlumatı 01 Aprel, 2019
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır. Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur: •Komitədə könüllü fəaliyyətin həyata keçirilməsi; •Vətəndaşların qarşılanması və müraciət formalarının doldurulmasında köməkliyin göstərilməsi; •Komitəyə müraciət edən vətəndaşlara düzgün izah verilməsi; • Əlillərin Komitədə daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi; •Komitəyə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi; •Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi; •Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir: • 09:30-12:30 – Birinci növbə • 13:00-16:00– İkinci növbə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Komitədə təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclər müraciət edə bilər. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur: Namizədlər üçün tələblər: •İntizamlılıq; •Xoşrəftarlılıq; •Ünsiyyətcillik; •Operativlik; •Kollektivdə işləmək bacarığı; •Təşkilatçılıq; •Təşəbbüskarlıq; •Kompüter bacarığı; Müraciət üçün: Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) konullu@refugee.gov.az e-poçtuna göndərə bilər və ya Bakı şəhəri, Tbilisi prospekti 129 ünvanına öz sənədlərini təqdim edə bilər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Eldar Zeynalov: “Köçkünlərin qəzalı binalardan köçürülməsi üçün Yol Xəritəsi hazırlanıb”
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
10 Yanvar, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
13 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
12 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı “Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
29 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qəsəbələrində mənzil-kommunal təsərrüfatının normal vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilir
27 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün probleminin yeganə həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır
15 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin uçot və qeydiyyatında şəffaflıq təmin edilir
12 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
10 Oktyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri jurnalistlərin suallarını cavablandırıb
21 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə iştirak edib
11 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
05 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
31 May, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin mühüm prioritetlərindəndir