"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1032
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabrın 4–də Prezident sarayında keçirilən müşavirədə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemləri müzakirə olunmuşdur.
Mətbuat xidmətinin məlumatı 10 Sentyabr, 2007
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq, daim diqqət mərkəzində olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri barədə danışdı. 2004-cü il 1 iyul tarixdə 298 nömrəli Sərəncam ilə təsdiq olunmuş Dövlət Proqramından irəli gələn tədbirlərin uğurla həyata keçirilməsini qeyd edərək, bu sahədə görülən işləri çox yüksək qiymətləndirdi. Bununla yanaşı cənab Prezident müşavirənin nəticəsi kimi yaxın gələcəkdə yeni sərəncamın imzalanmasını və Dövlət Proqramına əlavələr edilməsinin zəruriliyini qeyd edərək, fin tipli qəsəbələrin ləğv olunması və orada yaşayan 25 min məcburi köçkün üçün yeni qəsəbələr salınmasına, respublika ərazisində yerləşən 262 ümumtəhsil məktəbində məskunlaşmış 11 min köçkünün oradan çıxarılması və yeni qəsəbələri köçürülməsinə, köçkünlərin məskunlaşdıqları təmirə yararlı məktəblərin təmir olunması, yararlı olmayanların sökülərəq yerində təzə məktəblərin tikilməsinə, Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min insanın yeni qəsəbələrə köçürülməsinə, 60 min məcburi köçkünün məskunlaşdığı 239 yataqxanada təmir-bərpa işlərinin aparılmasına, artezian quyularının qazılması, yolların salınması, qaz xətlərinin çəkilməsinə, Horadiz qəsəbəsinin şəhər statusu verilməsi məqsədilə müvafiq qərar layihəsi hazırlanmasına, Füzuli rayonunda yeni müasir müalicə-diaqnostika mərkəzinin tikilməsinə, ciddi xəstəliklərə düçar olmuş insanlara ölkənin daxilində və xaricində kömək göstərilməsinin təmin olunmasına, yeni qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin məşğulluğunun artırılması, o qəsəbələrdə çörək və süd sexlərinin, meyvə-tərəvəz emalı müəssisələrinin və digər kiçik müəssisələrin yaradılmasına, məcburi köçkünlərə verilən aylıq yemək xərclərinin artırılmasına dair müvafiq qurumlara göstərişlər verdi. Sonda bu tədbirlərin müvəqqəti xarakter daşıdığını bildirən cənab Prezident torpaqlar istənilən yolla işğaldan azad olandan sonra həmin ərazilərdə daha müasir qəsəbələrin salınacağını qeyd etdi.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb