"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1723
Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib
Tədbirlər 18 Fevral, 2019

Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 27 il ötür. Xocavənd rayonunda bu münasibətlə anım tədbiri keçirilib. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dövlət Komitəsinin və yerli icra orqanlarının əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Nərgiztəpədə ucaldılmış abidə kompleksi ziyarət edilib. Faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, 4 il erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndində Qarabağ müharibəsinin ən dəhşətli faciələrindən biri yaşanıb. Erməni quldurlar 1992-ci il fevralın 17-də kəndi işğal edərək yandırıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Kəndin 91 sakini amansızcasına qətlə yetirilib, 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışnda vurğulayıb ki, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, Ermənistanın yenidən ərazi iddiaları irəli sürməsi və işğal siyasəti aparması Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi ilə əlaqədar idi. Təəssüf ki, həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər öz məsuliyyətini dərk edə, milli maraqlarımızı qoruya bilmirdilər. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçiliyin süqutunun qarşısı alındı, xalqın birliyi təmin olundu, separatçı və işğalçı qüvvələrə qarşı güclü müqavimət təşkil edildi. Komitə sədri Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsi, ölkəmizin müdafiə sisteminin qurulması və möhkəmləndirilməsi, həmçinin işğal nəticəsində yurd-yuvasını itirmiş məcburi köçkünlərin problemlərinin həlli istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və çox müsbət nəticələr verdiyini diqqətə çatdırıb. 2016-cı ilin aprel döyüşlərində qəhrəman ordumuzun işğalçılara öz gücünü göstərdiyi, torpaqlarımızın bir hissəsini azad etdiyi, ötən il isə Naxçıvanda keçirilən uğurlu hərbi əməliyyat nəticəsində, bir sıra strateji yüksəkliklərə nəzarəti ələ aldığı qeyd olunub. Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətini daha da təkmilləşdirmək məqsədilə həyata keçirdiyi islahatlar, müharibədən ziyan çəkən insanların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətindəki genişmiqyaslı tədbirlər barədə də ətraflı söhbət açılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığı, ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni ev və mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxladığı bildirilib. Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında qeyd edib ki, Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dilində və xarici dillərdə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. Rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər barədə də məlumat verilib. Tədbirdə Xocavənd rayonundan olan ziyalılar, Qaradağlı sakinləri çıxış edib. Sonda Qaradağlı faciəsinə həsr edilmiş film nümayiş olunub.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib