"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 4435
Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb
Mətbuat xidmətinin məlumatı 04 Fevral, 2019
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəratinin yaxşılaşdırılması üçün tədbirlər görülür. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Bakıda və Sumqayıtda hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın verdiyi tapşırığın icrası davam etdirilir. Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə də köçürülmə məhz Sumqayıt şəhərində uzun illərdən bəri müvəqqəti məskunlaşma obyekti olan qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən başlanır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Püşkatmada Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin, ictimai fəalların, jurnalistlərin iştirakı ilə şəffaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzilin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər. Məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə yaxın günlərdə başlanılacaq. Yeni mənzillərə köçən məcburi köçkün ailələri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edib. Abşeron rayonunun ərazisindəki yeni yaşayış kompleksində mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Yeni mənzillər tam təmirlidir, mətbəx mebeli, qaz sobası ilə təchiz olunublar. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi