"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1294
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 24 Yanvar, 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının apardığı islahatlar nəticəsində məcburi köçkünlərlə iş sahəsində uçot və nəzarətin, ədalət və şəffaflıq prinsiplərinin tam bərqərar edilməsinə yönəldilib. Eyni zamanda Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə, həyat üçün təhlükəli olan, qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda isə Qaradağ rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə başlanılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 24-də keçirilən növbəti kollegiya iclasında danışılıb. Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcəkdir. İclasda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artrılması üzrə Dövlət Proqramında və Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası sahəsində 2018-ci ildə görülmüş işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, büdcə vəsaiti və investisiya xərcləri hesabına aparılan təmir-tikinti işləri, insan resurslarının idarə edilməsi və digər məsələlər müzakirə olunub, Dövlət Komitəsi kollegiyasının 2019-cu il üçün iş planı təsdiqlənib. Gündəlikdəki məsələlər barədə müvafiq strukturların rəhbərlərinin məruzələri dinlənilib, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin gedişi, məcburi köçkünlərlə işin konkret istiqamətləri üzrə mövcud vəziyyət ətraflı təhlil edilib, həlli vacib məsələlərin əhatəsi bir daha dəqiqləşdirilib, aidiyyəti bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin məsuliyyətinin artırılması üçün ciddi tapşrıqlar verilib.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi