"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1321
Dövlət Komitəsində Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub
Görüşlər 09 Yanvar, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-opla görüşüb. Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb. Görüşdə koreyalı diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi, silahlı birləşmələrini zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə BMT-nin 4 qətnaməsini və digər beynəlxalq təşkilatların qərarlarını hələ də yerinə yetirmədiyi, 1 milyon 200 mindən çox soydaşımızın qaçqınlıq və köçkünlük məhrumiyyəti yaşadığı qeyd edilib. Bildirilib ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür. Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, bu ölkənin humanitar təşkilatlarınin Azərbaycanda məcburi köçkünlər üçün həyata keçirdiyi layihələri məmnunluqla xatırlayıb və təşəkkürünü bildirib. Qeyd edilib ki, belə layihələr məcburi köçkünlər üçün təkcə maddi deyil, həm də böyük mənəvi dəstəkdir. Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kim Tonq-op səmimi qəbula görə təşəkkürünü bildirib. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməcəyini qeyd edib. Məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin davam etdiriləcəyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib