"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1446
Dövlət Komitəsi məcburi köçkünlərin iştirakı ilə tədbir keçirib
Tədbirlər 25 Dekabr, 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərir. Xalqımızın min illər boyu yaratdığı maddi və qeyri-maddi mədəni irsin qorunması və zənginləşdirilməsi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın milli mədəni irsimizin, xüsusən Qarabağla bağlı mədəni-mənəvi dəyərlərimizin dünyada təbliğində və mühafizə olunmasında böyük xidmətləri vardır. Bu barədə dekabrın 24-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıda Beynəlxalq Muğam Mərkəzində təşkil etiyi “Bir gün Qarabağda” adlı bədii-musiqili yaradıcılıq tədbirində ətraflı danışılıb. Tədbirin keçirilməsində məqsəd Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır. Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət və parlament təmsilçiləri, milli qəhrəmanlar, müharibə veteranları və əlillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində Qarabağ bölgəsinin folklor, xalçaçılıq, mətbəx mədəniyyəti nümunələri, məcburi köçkünlərin rəsm əsərləri və digər yaradıcılıq işləri ilə tanış olublar. Qarabağın tarixi şəxsiyyətlərinin obrazlarını canlandı ran Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının çıxışları, həmçinin gənc rəssam Aydın Rəhimovun işıqlı masa üzərində qumla yaratdığı Qarabağ motivlərini əks etdirən rəsmləri böyük maraqla qarşılanıb. Sonra Muğam Mərkəzinin tamaşa zalında məcburi köçkünlər və qonaqlar qarşısında Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edib. Ölkəmizdə mədəniyyət, həmçinin məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin məqsəd və nəticələri barədə fikirlərini bölüşən millət vəkili xalqımızın zəngin mədəni-mənəvi irsinə Qarabağ bölgəsinin də tarixən öz layiqli töhfələr verdiyini bildirib. Otuz ildir dünyanın gözü qarşısında təcavüzkar siyasət həyata keçirən Ermənistanın bu bölgədə əsrlər boyu yaradılmış mədəniyyət abidələrimizi məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərdiyi, lakin Azərbaycan dövlətinin gücü və qüdrəti qarşısında aciz qaldığı, cənab İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın da tezliklə işğaldan azad ediləcəyi diqqətə çatdırıldı. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində geniş miqyaslı tədbirlər həyata keçirildiyi, indiyədək onlar üçün 100-dən çox qəsəbənin salındığı vurğulandı. Qeyd olundu ki, öz ad günündə məcburi köçkünlərlə birlikdə olmaq ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün Birinci xanım Mehriban Əliyeva ilə birgə Sumqayıtda məcburi köçkünlər üçün inşa edilmiş 1000 ailəlik yeni və müasir yaşayış kompleksinin açılışında iştirak edib. Muğam Mərkəzində keçirilən yaradıcılıq tədbiri Qarabağ muğam məktəbi yetirmələrinin konserti ilə başa çatıb. Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi