"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2227
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
Görüşlər 21 Dekabr, 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 21-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt, Abşeronda müvəqqəti məskunlaşmış və Qubadlı rayonundan olan məcburi köçkünlər iştirak edib. Qəbulda iştirak edən məcburi köçkünlər, əsasən, mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinət və digər məsələlərlə bağlı müraciət edib. Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin və digər sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqətindədir. Bu il Sumqayıt şəhərində yataqxana binalarında məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində ayrılmış torpaq sahəsində birinci mərhələdə 1000 ailəlik qəsəbə salınır və tezliklə istifadəyə veriləcəkdir. Birinci vitse-prezident təyin edildikdən sonra keçirdiyi ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edən Mehriban xanım Əliyevanın yeni mənzillərə ilk növbədə ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı tapşırığı uğurla icra olunur. Qəbulda olan bütün vətəndaşların müraciətləri qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb