"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1262
Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclasında iştirak edib
Mətbuat xidmətinin məlumatı 20 Dekabr, 2018
Dekabrın 18-19-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) üzv dövlətlərinin iştirakı ilə Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 11-ci iclası keçirilib. İclasda ölkəmiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda qaçqın və məcburi köçkünlərin müdafiə məsələləri, şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı, yerli özünüidarəetmə orqanlarının bu sahədə rolu müzakirə edilib. Dövlət Komitəsinin sədr müavini iclasda çıxış edib. BMT QAK-ın Ali komissarı və beynəlxalq ictimaiyyətə iki gün öncə BMT Baş Assambleyası tərəfindən qaçqınlar üzrə Qlobal sazişin qəbul olunması ilə bağlı təbriklər çatdırılıb və bildirilib ki, həmin sənədin ərsəyə gəlməsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib. Qeyd olunub ki, iclasın mövzusu Azərbaycan üçün iki baxımdan aktualdır. Belə ki, qaçın və məcburi köçkünlərin sayına görə ölkəmiz dünyada ilk yerlərdən birini tutur. Eyni zamanda, 2017-ci ilin may ayında Bakı IV Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalardan biri məhz bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi məsələsinə həsr olunub. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsindəki təcrübəsi və tətbiq etdiyi model barədə iclas iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələlər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qəbul edilmiş Dövlət Proqramı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Proqramın icrası nəticəsində indiyədək 300 min məcburi köçkün ailəsinin yeni mənzillə təminatına şərait yaradan 100-dən çox qəsəbə salınıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə işin daha da təkmilləşdirilməsi sahəsində böyük və müstəsna xidmətləri var. Şəxsən Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və ilk dəfə özəl sektorun vəsaiti hesabına 1026 mənzilli yaşayış kompleksi tikilərək istifadəyə verilib və bu istiqamətdə fəaliyyət davam edir. Dövlət Komitəsinin sədr müavini BMT və BMT QAK-a bu günədək və hazırda Azərbaycanda məcburi köçkünlərlə bağlı göstərdikləri fəaliyyətə görə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, BMT QAK və beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra “Böyük Qayıdış” prossesində çox böyük rolu olacaq. Bu, məcburi köçkünlərin fundamental insan hüquqlarının bərpası, onların doğma yurd-yuvalarına ləyaqətlə və könüllü şəkildə qayıtması üçün həmin təşkilatların görəcəyi işlərdən ibarətdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb