"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1477
Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub
Görüşlər 06 Dekabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb. Qonaqlara Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlər, onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu məsələni sosial siyasətin prioritet istiqaməti kimi müəyyən edən Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri onun qurucularından biri kimi Ceyhun Hacıbəylinin də xatirəsinə xalqımızın böyük ehtiram göstərdiyini bildirib. Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş Hacıbəylilər nəslinin doğma yurdu Qarabağın, Şuşa şəhərinin hələ də təcavüzkar Ermənistanın işğalı altında olduğu, oradakı xalqımıza məxsus zəngin maddi-mədəni irsin talan edildiyi təəssüf hissi ilə xatırladılıb. Hazırda şuşalıların da, ərazisi işğal edilmiş digər yaşayış məntəqələrimizin sakinləri kimi, məcburi köçkün həyatı yaşadığı vurğulanaraq, işğalçılıq siyasətinə son qoyması üçün onların dünya birliyindən, beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təsirli tədbirlər gözlədiyi, həmçinin xalqımızla bağlılığı olan hər bir sülhpərvər və vicdanlı insanın bu məsələdə qətiyyətli mövqe göstərməsinin vacibliyi qeyd edilib. Paskal Hacıbəyli Buşe və Benjamin Buşe səmimi qəbula görə təşəkkür ediblər. Artıq üçüncü dəfədir Bakıda olduqlarını deyən qonaqlar şəhərin daha müasirləşdiyini və inkişaf etdiyini qeyd ediblər. Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısından xəbərdar olan qonaqlar bunun dünya üçün nümunəvi addım olduğunu vurğulayıblar. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib