"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1368
Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kəhrizlərin bərpası layihəsinin icrasına başlanılır
Mətbuat xidmətinin məlumatı 30 Oktyabr, 2018
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi ənənəvi və dayanıqlı su sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailənin təhlükəsiz və davamlı su təminatını reallaşdırmaqdır. Dörd ili əhatə edəcək layihə kəhrizlərin bərpası ilə məhdudlaşmayacaq, eyni zamanda, kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasında Azərbaycan hökümətinə dəstək verəcək, yerlərdə kəhriz mühəndisləri və kənkanların iş imkanlarını artıracaq, məcburi köçkünlərin, xüsusilə qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək. Layihənin açılış mərasimində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məcburi köçkünlərə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qayğısından danışıb. Qeyd edilib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu vəzifəyə təyinatından sonra bu sahədə olan fəaliyyət daha geniş vüsət alıb. Ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığın icrası daim nəzarətdə saxlanılır. Sədr müavini qeyd edib ki, beynəlxalq humanitar təşkilatlar tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, onlar üçün maddi dəyərindən asılı olmayaraq, çox böyük mənəvi-psixoloji dəstəkdir. Layihənin həyata keçirilməsi məcburi köçkünlərin sosial rifahının yüksəlməsi, məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda beynəlxalq humanitar təşkilatlara həyata keçirilən layihələrə görə təşəkkür edilib. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak bildirib ki, kəhrizlərin bərpasının kəndlərdə yaşayan minlərlə ailə üçün faydalı olacaq, yeni iş imkanları açacaq. “İqtisadi və sosial inkişaf insanlığın rifahına xidmət etməlidir,” - deyən KOICA Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Kumok Park qeyd edib ki, kəhriz layihəsi KOICA-nın 3P prinsipi (insanlar, rifah və sülh) ilə tam üst-üstə düşür və KOICA-nın bu layihəni BMqT ilə birgə çalışaraq dəstəkləyə bilməsindən məmnuniyyət duyur. Bununla yanaşı, layihə Azərbaycanın qarşıdan gələn Miqrasiya üzrə Qlobal Kompakt və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirmə səylərinə öz töhfəsini verəcəkdir. Bu prinsiplərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərarvermə proseslərində iştirakının təmin edilməsi, aid olduqları icmalarda liderlik rollarının artırılması, ətraf mühit dostu və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir