"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1476
Dövlət Komitəsində Zəngilan rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib
Tədbirlər 29 Oktyabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ müharibəsi veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Zəngilan rayonundan olan ziyalılar, “SABAH” qrupunun zəngilanlı tələbələri iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasət aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 30 oktyabr 1993-cü ildə rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Zəngilanlıların daim minnətdarlıq hissi ilə qeyd etdikləri kimi, ulu öndər Heydər Əliyevin İran İslam Respublikası rəhbərlərinə müraciəti əsasında buna imkan yaradılması, onları soyqırımına məruz qalmaqdan xilas edib. Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzünün qarşısına sədd çəkilməsi və işğal etdiyi bəzi ərazilərdən çıxarılması xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prezident kimi rəsmi vəzifəsinin icrasına başlamasından sonra dərhal cəmiyyətdə və orduda sağlam qüvvələri səfərbər edərək qətiyyətli hərbi-siyasi tədbirlər həyata keçirməsi nəticəsində mümkünləşib. 1994-cü ildə cəbhə xəttində atəşkəsə nail olunması isə müstəqil dövlətimizin bütün sahələrdə, o cümlədən hərbi quruculuqda mühüm uğurlar qazanmasına imkan verib. Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 15 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, ordumuz güclənib, qüdrətlənib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə tam hazır olduğunu praktiki cəhətdən göstərib. 2016-cı ilin aprel hadisələri, 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi bunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizdə müharibədən əziyyət çəkən insanların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu xatırladan komitə sədri bu sahədə ulu öndər Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyevin davam etdirdiyini, o cümlədən məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ kimi müəyyənləşdirdiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı binalarda və ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə yeni mənzillərə köçürülməsini şəxsən nəzarətdə saxlayır. Tədbirdə Zəngilan rayon ictimaiyyətinin və ziyalılarının nümayəndələri çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür bildiriblər. Günbəgün güclənən Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inandıqlarını əminliklə qeyd edən tədbir iştirakçıları ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərinin tezliklə işğaldan azad olunacaq ərazilərdə, o cümlədən Zəngilanda da aparılmasını arzulayıblar. Sonda Zəngilanın işğalına həsr olunmuş film nümayiş etdirilib.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi