"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1260
Məcburi köçkünlər üçün yeni salınmış “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilib
Tədbirlər 26 Oktyabr, 2018

Oktyabrın 26-da məcburi köçkünlərin kompakt yaşadığı Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Aktiv məşğulluq tədbirində 68 müəssisədən 462 vakant iş yeri təqdim olunub. Onlardan 393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələrdir. Tədbirdə KİV nümayəndələrinə müsahibə verən M.Kərimli Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini, sosial cəhətdən həssas qrupların, o cümlədən məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini bu ilin doqquz ayında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2349 məcburi köçkünün işlə təmin edildiyini, həmin sosial təbəqədən olan 186 nəfərin peşə hazırlığına, onlardan 56-sının isə ictimai ödənişli işlərə cəlb olunduğunu qeyd edib. M.Kərimli qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində bu il 7 minədək şəxsin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan təsərrüfatlarının yaradılması nəzərdə tutulub ki, onlardan 1255-i məcburi köçkünlərdir. Bu da onların məşğulluğunun və kiçik ailə biznesinin yaradılmasına, sosial rifah halının yaxşılaşdırılmasına yönələn dəstəkdir. Hazırda proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması üçün mal və materialların verilməsi prosesi davam etdirilir. Nazir müavini bu əmək yarmarkasının məcburi köçkünlər üçün yeni salınmış “Qobu Park” yaşayış kompleksində təşkil olunmasının da burada yaşayan məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə xidmət etdiyini deyib. F.Hüseynov məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. Məcburi köçkünlər arasında yoxsulluq həddinin son 15 ildə 75 faizdən 12 faizədək azaldığını bildirən sədr müavini respublikanın müxtəlif bölgələrində məskunlaşmış bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli və xarici qurumların həyata keçirdiyi layihələr, eyni zamanda bu il ABAD-la birgə başladılan layihə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Sədr müavini bildirib ki, məcburi köçkünlərin iş yerləri ilə təmin olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil olunan belə tədbirlər çox əhəmiyyətlidir. O, sayca ikinci olan əmək yarmarkasının gələcəkdə də davam etdiriləcəyinin nəzərdə tutulduğunu deyib. Yarmarkada vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri iştirak edib. İşsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata götürülüb.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib