"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsində geniş iclas keçirilib
Mətbuat xidmətinin məlumatı 11 Oktyabr, 2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində cənab Prezidentin apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır. Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür. Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib. Qeyd olunub ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq. Eyni zamanda şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir. Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaqdır. Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
05 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
08 May, 2019 / Mətbuat xidmətinin məlumatı Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
06 May, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
01 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
27 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
06 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda növbəti püşkatma keçirilib
26 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı
22 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
20 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
19 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
07 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
04 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb