"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsinin sədri ÜST-ün Azərbaycana yeni təyin olunmuş rəhbəri ilə görüşüb
Görüşlər 12 Sentyabr, 2018

Sentyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Fatoş Hande Harmancı ilə görüşüb. Dövlət Komitəsinin sədri xanım Fatoş Hande Harmancını yeni təyinatı münasibəti ilə təbrik edib. Azərbaycan Respublikası ilə ÜST arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu əməkdaşlığın ölkəmizdə səhiyyənin inkişafına, o cümlədən qaçqınlara və məcburi köçkünlərə göstərilən tibb xidmətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Qonağa məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində iyirmi mindən çox azərbaycanlı həyatını itirib, on minlərlə insan yaralanıb, əlil olub, bir milyon iki yüz min nəfər doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün kimi müvəqqəti sığınacaqlarda, sanitar-gigiyena normalarının tələblərinə cavab verməyən, sağlamlıq üçün təhlükəli yerlərdə yaşamaq məcburiyyətində qalıb. Bununla belə, Azərbaycan dövləti özünün məcburi köçkün vətəndaşlarının, həmçinin Ermənistandan və digər münaqişə zonalarından ölkəmizə pənah gətirən qaçqınların ilkin ehtiyaclarını ödəmək üçün bütün imkanlardan istifadə edib. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə, o cümlədən zəruri tibbi xidmətlə əhatə olunmasına bu gün Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlər üçün salınmış qəsəbələrin sayı 100-ə çatmaqdadır. Bu qəsəbələrin hamısında tibb məntəqələri fəaliyyət göstərir. Ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə icrasına başlanmış layihələr uğurla icra edilir. Bu məqsədlə Bakının Qaradağ rayonu ərazisində inşa olunmuş Qobu Park yaşayış kompleksindəki xüsusi təyinatlı mənzil fondundan son üç ayda 800-ə qədər məcburi köçkün ailəsinə yeni mənzil verilib. Komitə sədri uzun illər ağır şəraitdə yaşayan məcburi köçkünlərin sağlamlığının bərpası, onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı layihələrin hazırlanmasında və icrasında ÜST-nin dəstəyinin əhəmiyyətli ola biləcəyini qeyd edərək, xanım Harmancının bu sahədə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Xanım Fatoş Hande Harmancı səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu qeyd edərək deyib ki, ÜST-ün ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi üçün səyini əsirgəməyəcəkdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

08 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
06 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
26 İyul, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər
23 İyul, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
16 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib
10 İyul, 2019 / Görüşlər Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil
02 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb
18 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi ilə görüş keçirilib
12 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
11 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
29 May, 2019 / Görüşlər Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib