"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2393
Dövlət Komitəsinin sədri Sumqayıtda məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub
Görüşlər 03 Avqust, 2018

Avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Məcburi köçkünlər qəzalı vəziyyətə düşmüş binalarda uzun illərdir qarşılaşdıqları çətinliklər barədə danışıb, qayğı və problemlərindən söz açıblar. Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib. Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə layihələrin icrasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da böyük diqqət göstərir. Hazırda Bakı və Sumqayıtda qəzalı binalarda, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verilmiş tapşırığın yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının tapşırığı əsasında Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində də məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa edilir və onların tikintisi başa çatmaq üzrədir. Sumqayıtda və şəhərin ətrafında müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin həmin binalardakı mənzillərə köçürülməsi nəzərdə tutulub. Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov iştirak edib.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib