"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1649
Dövlət Komitəsinin sədri Cocuq Mərcanlıda yerli sakinlərlə görüşüb
Görüşlər 30 İyul, 2018

Aprel döyüşlərində qazanılan qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində kəndin qısa müddətdə bərpa olunması Böyük Qayıdışın başlanğıcıdır. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, qəhrəman əsgər, gizir və zabitlərimizin şücaəti nəticəsində bu gün kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlının vətənpərvər sakinləri ordumuzun keşiyində mətanətlə dayandığı bu torpaqlarda yaşamaq, oxumaq və işləməklə öz yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin doğma Qarabağa qayıtmağa daim hazır olduqlarını göstərirlər. Bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Cocuq Mərcanlı kəndində yerli sakinlərlə keçirdiyi görüşdə səsləndirilib. Dövlət komitəsinin sədri uzun illər respublikanın müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib. Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə, eyni zamanda, onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib