"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2647
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
Tədbirlər 23 İyul, 2018

İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. Qeyd edilib ki, Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var. Təcavüzkarlar Ağdam şəhərini və 82 yaşayış məntəqəsini, bu ərazilərdəki tarixi-mədəni abidələri dağıdıb, yeraltı və yerüstü sərvətləri talan ediblər. Həmin dövrdə 143 min ağdamlı öz doğma yurdundan didərgin düşüb. Hazırda ümumi sayı 198.600 nəfər olan əhalinin 90 min nəfərə qədəri rayonun öz ərazisində yaşayır, 101.000 min nəfər məcburi köçkün isə respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin təəssüf ki, digər qətnamələr kimi o da indiyədək yerinə yetirilmir, Ermənistanın regiondakı işğalçılıq siyasəti davam edir. Dövlət Komitəsinin sədri əlavə edib ki, ulu öndər Hеydər Əliyеvin diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illəri Ağdamın da tarixinə inkişaf və tərəqqi dövrü kimi düşüb. Bu gün isə Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında rayonda quruculuq və yenidənqurma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən 2003-2014-cu illərdə rayonun ərazisində salınmış 18 qəsəbədəki evlərdə 6937 məcburi köçkün ailəsi olmaqla 26380 nəfər yaşayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini, bununla bağlı həyata keçirilən layihələrin icrasını daim diqqətdə saxlayır. Digər çıxışlarda da xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Ağdamın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Ağdam rayonundan olan ziyalılar və keçmiş döyüşçülər iştirak ediblər. Sonda Ağdam rayonuna həsr edilmiş film nümayiş etdirilib.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib