"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1331
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
Tədbirlər 19 İyul, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iyulun 19-da bir qrup jurnalist üçün “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edib. 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbirin məqsədi məcburi köçkünlərın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə KİV nümayəndələrinin ilk mənbədən daha dolğun məlumat əldə etməsinə imkan yaratmaq olub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev infotur iştirakçıları ilə görüşündə ölkəmizin bütün KİV işçilərini peşə bayramı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. O, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bu yaxınlarda istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksi də məhz belə layihələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər. Sonra “Qobu Park” yaşayış kompleksinə gələn infotur iştirakçıları burada məcburi köçkün ailələrinin yerləşdirilməsi vəziyyəti və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Jurnalistlər kompleksin ərazisini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbət ediblər. Dövlət Komitəsinin məsul işçiləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi