"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1432
Dövlət Komitəsində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 13 İyun, 2018

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Milli qurtuluş hərəkatının Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətini vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının Azərbaycanı xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdiyini, müstəqil dövlətimizin taleyində dönüş anı olduğunu bildirib. Müdrik və uzaqgörən Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyin yaradılması, sosial-iqtisadi böhranın aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüb, köklü islahatlar həyata keçirib. Müharibə alovuna bürünmüş Qarabağda atəşkəs rejiminin tətbiq edilməsi Azərbaycana öz maddi və mənəvi resurslarını səfərbər etmək, mövcud problemlərin həlli, o cümlədən işğal edilmiş ərazilərdən didərgin düşmüş həmvətənlərimizin humanitar fəlakətdən qurtarılması istiqamətində zəruri addımlar atmaq imkanı verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlər arasında qaçqınların və məcburi köçkünlərin problemləri xüsusi yer tutub, həmin problemlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilib. Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün əvəzedilməz infrastruktur layihəsi olan, mühüm siyasi və iqtisadi əhəmiyyətə malik TANAP qaz kəmərinin Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilməsi Heydər Əliyevin dövlətçilik ideyalarının növbəti təntənəsi kimi dəyərləndirilib. Azərbaycandakı möhkəm ictimai-siyasi sabitlik, davamlı inkişaf bütün sahələrdə vüsətli irəliləyişə, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllində ciddi nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mühüm proqramlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahədə bir sıra layihələr həyata keçirilir. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov geniş məruzə ilə çıxış edib, Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyəti haqqında dəyərli fikir və mülahizələrini bölüşüb. Tədbirdə Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub.

17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib