"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1448
Rövşən Rzayev Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində müxtəlif rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Görüşlər 30 May, 2018

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərərfindən bölgələrdə vətəndaşlar qəbul edilir, onların müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin həlli üçün tədbirlər görülür. Mayın 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünləri eləcə də Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarında məskunlaşan 200 nəfərə yaxın məcburi köçkün qəbul edib. Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, yol təmiri, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib. Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğunu nəzərə alaraq Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər olmasını vuruğulayan Rövşən Rzayev həmin soydaşlarımızın mənzil-məişət şəraitinin mərhələli və sistemli şəkildə yaxşılaşdırılması üçün addımlar atılacağı ilə bağlı məlumat verib. Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərini, şikayət və təkliflərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün konkret tapşırıqlar verib. Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqların bildiriblər. Rövşən Rzayev Respublikanın digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də görüşlər keçiriləcəyini bildirib.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib