"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1374
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqının deputatı ilə görüşüb
Görüşlər 29 May, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, Mədəniyyət və Mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputat Nikolas Löbel ilə görüşüb. Dövlət Komitəsinin sədri Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və ölkələrimiz arasında geniş əməkdaşlığın olduğunu ifadə edib. O, bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Almaniya Federativ Respublikası hökumətinə təşəkkürünü bildirib. Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir. İndiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 98 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 300 min nəfərə yaxın məcburi köçkün bu qəsəbələrə köçürülüb. Dövlət Komitəsinin sədri Azərbaycan prezidenti İlham Əliyevin səyləri, gərgin əməyi və qətiyyətli mövqeyi nəticəsində bu gün rəsmi açılışı olan “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində aparılan işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur. Səmimi görüşə görə minnətdarlığını bildirən Nikolas Löbel Azərbaycan hökumətinin ölkədəki alman irsinə xüsusi diqqət göstərdiyini vurğulayıb və Almaniyanın bunu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu ifadə edib. Qonaq ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu qeyd edib. O, bildirib ki, bu mühit digər ölkələr üçün də örnək olmalıdır. Bu münasibət Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir. Deputat Azərbaycanı Almaniya üçün Şərqin qapısı adlandırıb. O, Almaniyanın Avropa dəyərlərinə inteqrasiya edən Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib