"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2453
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçının işğalı ilə bağlı tədbir keçirilib.
Tədbirlər 18 May, 2018

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Laçın rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri yada salıb. Ozamankı Azərbaycan hakimiyyətinin səriştəsiz fəaliyyətinin ölkə üçün ağır nəticələrə səbəb olduğunu bildirən Rövşən Rzayev 1992-ci ildə Laçın rayonunun müdafiəsinin lazımı səviyyədə təşkil edilmədiyini və rayonun düşmənin əlinə keçdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Eyni zamanda ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial yönümlü layihələri, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən irimiqyaslı işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Laçın rayonunun ağsaqqalları Əmirxan Zeynalov, Qəzənfər Hüseynov Laçının Azərbaycan üçün tarixi, mədəni və iqtisadi baxımdan strateji əhəmiyyəti və işğalın ağır nəticələrindən danışıblar. Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili Mahir Abbaszadə Laçının qədim və möhtəşəm mədəniyyət abidələrindən, təbiətindən, strateji əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 illik yubileyini məhz Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçından olan məcburi köçkünlərlə birlikdə keçirdiyini xatırladan millət vəkili bunun laçınlılara olan qayğının bariz nümunəsi olduğunu söyləyib. Çıxış edən ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar. Sonra Laçın haqqında “Laçınsız” filmi nümayiş olunub. Tədbirin sonunda Laçın rayonundan olan ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliklərinin Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Xocalı, Xocavənd rayonlarının rəhbərləri ilə xatirə şəkili çəkilib.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib