"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1809
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında Azərbaycan həqiqətlərindən danışılıb
Mətbuat xidmətinin məlumatı 03 Oktyabr, 2017
Baş nazirin müavini Əli Həsənov: Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi təkcə regionun deyil, bütün dünyanın problemidir Oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyası işə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də nümayəndə heyətinin tərkibində sessiyada iştirak edir. Sessiyanın açılışında BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi çıxış edib. O bildirib ki, hazırda dünyada 65 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. 2017-ci il ərzində isə dünyadakı münaqişələr nəticəsində daha iki milyon insan öz ev-eşiyini tərk edərək qaçqına çevrilib. Myanma, Suriya, İraq və ya Sudan kimi ölkələrdəki münaqişə və hərbi təcavüzlə yanaşı, təbii fəlakətlər də dünyanın müxtəlif bölgələrində qaçqınların sayının artmasına gətirib çıxarır. Dünyada ekstremizm və terrorizm kimi təhlükələrlə yanaşı, ksenofob yanaşmalar da qaçqınların ağır vəziyyətinə böyük zərbə vurur. Misal üçün, Myanmada dövlət tərəfindən onilliklərdən bəri Rohinca müsəlmanlarına vətəndaşlıq hüququnun verilməməsi də beynəlxalq hüquq və konvensiyalara zidd addımlar sırasındadır. Ali komissar dünya ölkələrini münaqişələrin nizamlanmasında humanizm və insan amilini diqqət mərkəzində saxlamağa, arzuolunmaz miqrasiya axınlarının səbəblərini birgə və kompleks tədbirlərin sayəsində aradan qaldırmağa, qaçqınların öz vətənlərinə geri dönüşünü asanlaşdırmaq üçün çərçivə tədbirlər hazırlamağa və beynəlxalq səyləri gücləndirməyə çağırıb. O, eyni zamanda, qaçqın probleminə xüsusi diqqət ayıran dövlətlərə, donor təşkilatlara, münaqişə bölgələrindəki qeyri-hökumət təşkilatlarına, xeyriyyə qurumlarına, həmçinin fərdi şəkildə ianələr təqdim edən sadə insanlara təşəkkürünü bildirib. Sonra son illərdə qonşu ölkələrdən çoxlu sayda qaçqın qəbul edən Uqanda və Efiopiya təmsilçiləri çıxış ediblər. Dünyada ən çox qaçqın qəbul edən Türkiyənin təmsilçisi Cihad Erginay çıxış edərək ölkəsinin Suriyadan qəbul edilmiş üç milyondan artıq qaçqın üçün dövlət tərəfindən görülən tədbirlər barədə danışıb. Çıxış edənlər bir il öncə qəbul edilmiş Qaçqın və miqrantlarla bağlı Nyu-York Bəyannaməsinin qarşıya qoyduğu vəzifələr, beynəlxalq ictimaiyyətin böyük qaçqın və miqrant axınlarına verməli olduğu cavablar barədə danışıblar. Sessiyanın ilk günü Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun BMTQAK-ın İcraiyyə Komitəsinin 68-ci sessiyasındakı çıxışının M Ə T N İ Cənab Ali Komissar, Zati-aliləri, xanımlar və cənablar, Azərbaycan hökuməti adından Ali Komissar cənab Filippo Qrandiyə müasir dövrdə məcburi köçkünlük hallarının artması səbəblərini aydın şəkildə açıb göstərən çox mənalı açılış nitqinə görə dərin təşəkkürümü bildirirəm. Bildiyimiz kimi, qaçqınlar və məcburi köçkünlər beynəlxalq ictimaiyyəti narahat edən ən çətin və ən təcili məsələlərdən biridir. Lakin BMT-nin Baş katibi hörmətli cənab Quterreşin də BMT-nin Baş Assambleyasında qeyd etdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar problem deyildir; problem münaqişələr, təqiblər və yoxsulluqdadır”. Artıq 25 ildir ki, Azərbaycan da həll olunmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşmişdir. Ermənistan BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən və qoşunları işğal olunmuş ərazilərdən tam, dərhal və qeyd-şərtsiz geri çəkməyə çağıran məcburi hüquqi qüvvəyə malik qətnamələri pozaraq Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır, nəticədə isə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün vardır. Azərbaycan uzun müddətdir ki, bu münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyir və hələ də 640 mindən çox məcburi köçkünə yardım göstərir. Onların didərginlik probleminin həlli, yəni sülh və təhlükəsizlik şəraitdə yurd-yuvalarına qayıtmaları mənim hökumətimin birinci prioriteti olaraq qalır. Son 14 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etməsi, ölkə üzrə yoxsulluq həddinin 49 faizdən 5 faizə endirilməsi, 1,6 milyon yeni iş yerinin açılması bu sahədə də müəyyən nailiyyətlər əldə etməyə imkan yaratmışdır. Belə ki, bu günədək 96 müasir yaşayış kompleksi inşa edilmiş, 250 min qaçqın və məcburi köçkün mənzillə təmin edilmişdir. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizədək azaldılmışdır. Ümumiyyətlə, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə təxminən 6 milyard dollar vəsait xərclənmişdir. Bununla belə, düşünürük ki, məcburi köçkünlərlə bağlı humanitar vəziyyətin ağırlığı milli səylərə beynəlxalq dəstəyi vacib edir. Hazırda 400 min nəfər məcburi köçkün hələ də köhnə və əlverişsiz yerlərdə çətin vəziyyətdə yaşayır. Buna görə də Azərbaycandakı məcburi köçkünlərə beynəlxalq humanitar yardımın tədricən azaldığını müşahidə etmək bizim üçün anlaşılan deyil. Hesab edirik ki, BMT QAK ölkəmizdə məcburi köçkünlərlə bağlı məsələlərə beynəlxalq diqqətin cəlb edilməsində mühüm hərəkətverici qüvvə rolunu oynaya bilər. Məcburi köçkünlərin insan hüquqlarının tam bərpası bu münaqişənin həllindən bilavasitə asılıdır, və bu məsələdə BMT-nin və onun insan hüquqları mexanizmlərinin işi gücləndirilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalı və tam şəffafdır: Azərbaycanın işğal altında olan bütün əraziləri azad edilməli və məcburi köçkünlərin öz doğma torpaqlarına və mülklərinə qayıtmaq hüququ təmin edilməlidir. Bununla bağlı Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla birlikdə məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıtması ilə bağlı “Böyük Qayıdış” adlanan hərtərəfli repatriasiya proqramı hazırlamışdır. “Böyük Qayıdış” proqramının icrası ilə bağlı ilk addım artıq atılmışdır. Belə ki, 2016-cı ilin aprel ayında erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq Ağdam və Tərtər rayonları intensiv artilleriya atəşinə tutuldu. Nəticədə 34 azərbaycanlı mülki şəxs yaralandı, arasında uşaq olmaqla 6 nəfər həlak oldu, 232 fərdi yaşayış evi dağıdıldı, ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. Bununla kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 2 yaşlı uşaq və nənəsi qətlə yetirildi, avqustun 7-də isə Tovuz rayonunun 13 yaşı sakini ağır yaralandı. Əslində bu münaqişə dondurulmuş münaqişə deyil. Hər gün atəşkəsin pozulması, mülki əhalinin hədəf seçilməsi artıq adi hala çevrilib. Son illər ərzində 34 azərbaycanlı uşaq Ermənistanın işğalçı ordusunun qurbanı olub. Azərbaycan Respublikasının Prezidenti BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında yüksək tribunadan çıxış edərək 25 il torpağları işğal altında saxlanıldığı Azərbaycanın beynəlxalq hüquqa söykənmiş ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırdı. 2016-cı ilin aprelində mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirdi, düşmənin atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışa imkan yarandı. Ölkə Prezidentinin Sərəncamı ilə kəndin bərpasına başlanıldı, 50 ev, məktəb tikilib istifadəyə verildi, məcburi köçkünlərin bir qismi öz doğma kəndlərinə qaytarıldı, hazırda 100 evin, sosial-texniki infrastruktur obyektlərinin inşası davam etdirilir. Azərbaycanın üzləşdiyi bu problem təkcə regionun deyil, bütün dünyanın problemidir. Ermənistan müəyyən donor ölkələrin və beynəlxalq qurumların maliyyə yardımından sui-istifadə edərək, erməni əsilli suriyalıların və digərlərinin bu torpaqlarda qanunsuz olaraq zorla məskunlaşmasını təşviq edir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkilib becərilir, xüsusi laboratoriyalarda emal edilir, erməni hərbçiləri və narkomafiyaları tərəfindən Avropaya və dünyanın digər bölgələrinə göndərilir. Bu ərazilər həmçinin Əfqan narkotiki üçün yeni tranzit marşrutuna çevrilib. Buna görə də dünya birliyi bü münaqişənin ədalətli həlli istiqamətində daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməli və Ermənistanı sülh sazişi üzərində işə başlamağa vadar etməlidir. Problemin həllinə əsas maneə Ermənistanın qeyri-konstruktiv mövqe tutması, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının qətnamələrinə hörmətsizlik göstərməsidir. Buna görə də problemin sülh yolu ilə həllinə çalışan ATƏT-ni Minsk Qrupunun uzun müddətli fəaliyyəti nəticəsiz qalır. Cənab Ali Komissar, Azərbaycan hökuməti ilə BMT QAK arasında əməkdaşlıq möhkəm və məhsuldar olaraq qalır. Azərbaycan milli qanunvericilik praktikasını beynəlxalq standartlara uyğun təkmilləşdirmək öhdəliyinə sadiqdir. Azərbaycanda qaçqınların mühafizəsi-sığınacaq mexanizmlərinin inkişaf etdirilməsi məqsədilə müvafiq hökumət qurumlarının təmsilçilərindən ibarət işçi qrup yaradılmışdır. Ölkəmizdə beynəlxalq himayəyə ehtiyacı olan bütün şəxslərin müvafiq hüquqi statusdan yararlana bilməsini təmin edən qanunvericilik dəyişiklikləri nəzərdən keçirilir. Sığınacaq və miqrasiya problemləri yalnız beynəlxalq əməkdaşlıq yolu ilə səmərəli şəkildə həll oluna bilər. Azərbaycan "Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi"ni, eləcə də qaçqınlara dair təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal müqavilələrin qəbulu istiqamətində sonrakı irəliləyişləri dəstəkləyir. Bu proseslər məcburi köçkünlərin irimiqyaslı köçlərinin idarə edilməsi üçün beynəlxalq əməkdaşlıq istiqamətində atılan fundamental addımlardır və Azərbaycan 2018-ci ildə həmin müqavilələrin qəbul edilməsində üzərinə düşən rolu yerinə yetirməyə hazırdır. Hesab edirik ki, yalnız həqiqi, birgə beynəlxalq səylər dünyada mövcud olan, eləcə də Azərbaycanın üzləşdiyi münaqişənin həllinə gətirib çıxara bilər. Cənab Ali Komissar, Azərbaycan Sizin rəhbərlik etdiyiniz quruma hərtərəfli dəstəyi göstərməyə hazırdır və Sizə nəcib mandatınızın icrasında uğurlar arzulayır. BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi çıxışlara münasibət bildirərkən Azərbaycan Hökumətinə qaçqın və məcburi köçkünlərə göstərilən qayğı və onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqramlara görə təşəkkür edib. O, qaçqınların öz doğma torpaqlarına tezliklə geri qayıtmaları üçün ciddi siyasi iradənin göstərilməli olduğunu vurğulayıb. Həmin gün aparılan ümumi debatlarda dünyanın müxtəlif regionlarındakı humanitar vəziyyət və qlobal cavablar müzakirə olunub. Sessiyada təşkilatın həyata keçirdiyi proqramların büdcəsi, menecment, maliyyə və administrativ nəzarət məsələləri ətrafında fikir mübadiləsi aparılıb, 2018-2019-cu illəri əhatə edən dövr üzrə proqram büdcəsi qəbul edilib.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb