"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2284
Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam, Yevlax və Goranboy rayonlarında inşaat işlərinin gedişi ilə tanış olmuşdur
Mətbuat xidmətinin məlumatı 13 İyul, 2010
Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəinki ölkə ictimaiyyəti, eləcə də nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən genişmiqyaslı tədbirlər bu il də uğurla davam etdirilir. Belə ki, ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə, eləcə də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərlə bağlı müvafiq sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə hazırda neçə illərdir müxtəlif ərazilərdəki istismar müddəti başa çatmış və yaşayış üçün heç bir şəraiti olmayan fin tipli qəsəbələrdə, məktəb və bağçalarda, sanatoriyalarda məskunlaşmış, ilk növbədə köçürülməyə daha çox ehtiyacı olan çoydaşlarımız üçün müxtəlif ərazilərdə tikintisinə başlanılmış yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları bir neçə aydan sonra bu soydaşlarımızın istifadəsinə veriləcəkdir. Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında Dövlət Neft Fondunun vəsaiti ilə Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində - rayon mərkəzi statusunu daşıyan Quzanlı qəsəbəsinin yaxınlığında 689 ailə üçün qəsəbənin və Yevlaxda 612 ailə üçün 10 ədəd beşmərtəbəli yaşayış binaları kompleksinin tikintisi sürətlə davam etdirilir. Bütün sosial-texniki infrastrkturu ilə birlikdə istifadəyə veriləcək həmin qəsəbə və yaşayış massivində müvafiq olaraq 460 və 400 yerlik müasir tipli məktəb binaları, hər birində 50 yerlik uşaq bağçaları, klub-icma mərkəzləri, inzibati binalar da inşa olunur ki, bütün bunlar da bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədinə xidmət edir. Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2009-cu il tarixli \\\"Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında\\\" sərəncamına müvafiq olaraq Goranboy rayonunun ərazisində Naftalandakı sanatoriya və pansionatlarda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş beşmərtəbəli binalardan ibarət yaşayış kompleksində 164 ailə üçün 3 beşmərtəbəli binanın inşası başa çatmaq üzrədir. İlk növbədə bu binalara Naftalandakı \\\"Qarabağ\\\" sanatoriyasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmuşdur ki, yaxın aylarda bu prosesə başlanılacaqdır. Bütün ərazilərdəki tikinti işləri yüksək sürətlə davam etdirilir. Ağdam rayonunda inşa edilən qəsəbədə artıq mənzillərin tikintisi başa çatmış, evlərin dam örtükləri vurulmuşdur. Qəsəbələrin və hündürmərtəbəli yaşayış komplekslərinin su, elektrik enerjisi ilə təchizatı və digər kommunikasiya işləri də tikinti ilə paralel qaydada aparılır. Bir sözlə, digər ərazilərdəki kimi bu ərazilərdə də məcburi köçkünlərin müasir tələblərə cavab verən mənzillərlə təmin olunması, onlar üçün hərtərəfli şərait yaradılması qarşıda duran əsas vəzifələrdəndir. İnşaat işlərinə əsasən məcburi köçkünlərin özləri cəlb olunduğundan bu onların sosial vəziyyətinin yaxşılaşdırılmasında, istərsə də məşğulluqlarının təmin edilməsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə də stimul verir.Sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş tenderdə qalib gələrək tikinti işlərinə cəlb olunmuş \\\"Azəraqrartikinti ATSC\\\", \\\"Alıbəyli şirkəti - MMC\\\", \\\"Şəms-95\\\", \\\"Xumar-98\\\" firmalarının və digər tikinti təşkilatlarının inşaatçıları bu sahədə uzun illər əldə etdikləri təcrübələrdən bəhrələnərək öhdələrinə düşən vəzifələri layiqincə və keyfiyyətlə yerinə yetirmək üçün imkanlarından bacarıqla istifadə edirlər. Bu baxımdan işlərin qoyuluşu və gedişi ilə yerində tanış olmaq, qarşıya çıxan çətinlikləri, inşaatçıları narahat edən məsələləri yerində həll etmək məqsədilə iyulun 7-8-də adıçəkilən ərazilərdə olan Baş nazirin müavini - Dövlətqaçqınkomun sədri Əli Həsənov istər inşaatçılarla keçirdiyi söhbətlərdə, istərsə də işlərin gedişi ilə tanışlıq zamanı birmənalı şəkildə bildirmişdir ki, cənab Prezident tərəfindən məcburi köçkünlərin mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması baxımından qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hər birimizin ən ümdə borcumuzdur. Bunları nəzərə alaraq məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə yeni qəsəbələrin salınmasına və hündürmərtəbəli binaların inşasına cəlb olunmuş tikinti təşkilatları da qarşılarına qoyulmuş vəzifələrin vaxtında icrasını başa çatdırmalıdırlar. Görüş zamanı inşaatçıları maraqlandıran və narahat edən məsələlərə də hərtərəfli aydınlıq gətirən Ə.Həsənov vəziyyətlə yerində hərtərəfli tanışlıqdan sonra qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetiriləcəyinə əminliyini ifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı qarşıya qoyduğu vəzifələr və məcburi köçkünlərimizə göstərdiyi gündəlik qayğı və diqqətə konkret işlərlə cavab verilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunmasının vacibliyini bir daha önə çəkmişdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb