"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1529
Fransa Senatının üzvü xanım Natali Quli Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlərlə görüşmüşdür
Mətbuat xidmətinin məlumatı 12 İyun, 2010
Fransa Senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Quli xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinə səfər etmişdir. Burada qonaqları qarşılayan Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonağa məlumat vermiş, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açmışdır. Bildirmişdir ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərfindən işğal olunmuşdur. Xocavəndli məcburi köçkünlər üçün 4 qəsəbə salınmış, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. O, təəssüflə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Qonaqlar Xocavənd rayonunun Qaradağlı kənd sakini Sevil Əzimovanın mənzilində olmuş, çay süfrəsi arxasında söhbət etmişlər. Məcburi köçkün S.Əzimova Fransa Senatının üzvünə demişdir: “Ermənilər bizi öz yurdumuzdan, evimizdən didərgin salıb, 2 oğlum, qohumlarım ermənilər tərəfindən qətlə yetirilib. Ermənilər kəndimizin 77 sakinini bir gündə qətlə yetirmişlər. Biz doğma torpaqlarımızda yaşamaq istəyirik. Xahiş edirik haqq səsimizi dünyaya çatdırasınız”. Azərbaycana ikinci dəfə səfər etdiyini xatırladan Natali Quli demişdir ki, məqsədi qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaqdır: “Mən sizi başa düşürəm. Sizə qarşı olan ədalətsizlik dözülməzdir. Əldə etdiyim məlumatlar haqqında Fransa Senatına və Prezidentinə məktub göndərmişəm, Senatda çıxış etmişəm. Qarabağ məsələsində Azərbaycan haqlıdır. Sizin hüquqlar dünya səviyyəsində tanınır”. Sonra qonaqlar Salakətin kənd orta məktəbinə gələrək buradakı şəraitlə tanış olmuşlar. N.Quli müəllim və şagirdlərlə söhbət etmiş, onların fikirləri, istəkləri ilə maraqlanmışdır. Qonaq milliyyətcə erməni olan Jenya Zeynalova (Yesayan) ilə də görüşüb söhbət etmişdir. 72 yaşlı erməni qadını 1959-cu ildə azərbaycanlı Cavanşir Zeynalovla ailə qurduğunu, 4 övladı, 12 nəvəsi, 4 nəticəsi olduğunu, burada hamının ona hörmətlə yanaşdığını, 3 övladına ev verildiyini bildirmişdir. Daha sonra qonaq uşaq baxçasında, mərkəzi rayon xəstəxanasında və mədəniyyət evində olmuşdur. Qonağı ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçiləri müşayiət etmişlər.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb