"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1823
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb.
Mətbuat xidmətinin məlumatı 13 Fevral, 2017
Fevralın 11-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azada edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmiş və birgə müzakirələr aparılmışdır. Əvvəlcə Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Bu gün regionda dünya üçün terror mənbəyi olan, qonşu ölkələrə ərazi iddiası ilə sərsəm ideologiya daşıyıcısına çevrilən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qəbul edilən qərar və qətnamələri yerinə yetirməkdən boyun qaçıran, bununla da bir dövlət kimi süqutunu gündən-günə yaxınlaşdıran Ermənistan nəhayət iyirmi iki illik atəşkəsdən sonra öz layiqli cavabını aldı. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılmışdır. Cənab Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı, Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanması və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının bütün beynəlxalq aləmə səs saldığını, Ermənistanda böyük çaxnaşmaya səbəb olduğunu deyən Əli Həsənov bildirib ki, bunlar Azərbaycan prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, uğurlu xarici siyasətinin nəticəsi və onun bütün dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisidir. Baş nazirin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipal siyasəti və nüfuzu qarşısında beynəlxalq siyasi arenada da təklənmiş duruma düşən işğalçı Ermənistanın cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almağa və təkləndiyini ört-basdır etməyə çalışır. Müşavirədə bildirilib ki, Cənab Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaqdır. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcəkdir.Ərazidə bundan əlavə yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcəkdir. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaqdır. Diqqətə çatdırılıb ki, Cənab Prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır. Cənab Prezidentin Sərəncamının böyük əhəmiyyət kəsb etdiyini və belə bir qəsəbənin tikintisində iştirak etməyin qürurverici olduğunu deyən tikinti şirkətlərinin rəhbərləri qəsəbədə istər yaşayış evlərinin, istərsə də məktəb binasının, komunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər. Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”