"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1071
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul etmişdir
Mətbuat xidmətinin məlumatı 25 May, 2010
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğulamışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən dövlətimizin başçısı onların sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışmış və bu işlərin Azərbaycan dövlətinin siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu demişdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaqla bu ədalətsizliyin aradan qaldırılması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir. BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin 2007-ci ildə ölkəmizə səfərini və həmin səfər zamanı keçirdiyi görüşlərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələri xatırlamışdır. Valter Kalin budəfəki səfəri zamanı həm Bakıda, həm də bölgələrdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olduğunu, 2007-ci ildən bəri Azərbaycanda bu istiqamətdə çox böyük işlər görüldüyünü məmnunluqla qeyd etmişdir.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi