"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1159
V.Kalin: \\\"Səfərimin ən böyük faydası Azərbaycanın məcburi köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır\\\"
Mətbuat xidmətinin məlumatı 25 May, 2010
Səfərimin ən böyük faydası Azərbaycanın məcbiri köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır. Bunu ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 24-də Nazirlər Kabinetində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla birgə yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında demişdir. Əli Həsənov Valter Kalinin Azərbaycana səfərinin məqsədi, səfər çərçivəsində fəaliyyəti, o cümlədən keçirdiyi çoxsaylı görüşlər barədə məlumat vermişdir. Xatırlatmışdır ki, səfərin yekununa dair hazırlanacaq hesabat BMT Baş Məclisinin İnsan Hüquqları Şurasına təqdim ediləcəkdir. Valter Kalin səfərinin töhfəsi barədə verilən suala cavabında demişdir ki, səfərimin ən böyük faydası Azərbaycanın məcburi köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır. İkincisi, BMT və strukturları Azərbaycana bundan sonra da köməyi davam etdirəcəklər. Üçüncüsü, məcburi köçkünlər gördülər ki, beynəlxalq qurumlar onları unutmamışdır. Əli Həsənov əlavə etmişdir ki, BMT rəsmisi iki il əvvəlki tövsiyələrə əməl olunmasını yerdə öz gözləri ilə gördü. Əmin oldu ki, Azərbaycan hökuməti BMT qurumlarının qərarlarına hörmətlə yanaşır, onunla qarşılıqlı etimad əsasında əməkdaşlıq edir. Səfər sübut edəcək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməmişdir, Azərbaycanda məcburi köçkün problemi qalır. Qonaq növbəti suala cavabında bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qərarı hələ də qüvvədədir. Təhlükəsizlik Şurası sülh danışıqlarının aparılmasını ATƏT-in Minsk qrupuna həvalə etmişdir. Qurum model prinsiplərini işləyib hazırlamışdır. Azərbaycan onları qəbul etmişdir. İndi əsas məsələ tərəflər arasında razılaşmanın əldə olunmasıdır. Mən beynəlxalq ictimaiyyəti bu münaqişənin həlli istiqamətində səyləri gücləndirməyə çağıracağam. Mən tərəfləri ona çağırıram ki, sülh sazişi əldə olunacağı təqdirdə məcburi köçkünlər nəzərə alınsın. \\\\\\\"BMT-nin fəaliyyəti çoxşaxəlidir. İstənilən sahədə Azərbaycana yardım etməyə hazırıq\\\\\\\", - deyə o, vurğulamışdır. BMT rəsmisi missiyası daxilində digər suallara da ətraflı cavab vermişdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir