XƏBƏRLƏR
Çap et
589
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edir.
Mətbuat xidmətinin məlumatı
19 Noyabr, 2015

Bildiririk ki, dünyanın bütün konflikt zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq ölkəmizdə bu kateqoriyadan olan insanlara ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir.Lakin təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan suiistifadə edirlər.Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir.
Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb etmişlər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.
Dövlətqaçqınkom bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcəkdir.
Dövlətqaçqınkomun mətbuat xidməti.
09 Aprel, 2021 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri Rövşən Rzayev: Məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin yaşadıqları şəhərlərə, kəndlərə qayıtmağa hazırdır
08 Aprel, 2021 / Mətbuat xidmətinin məlumatı
Ağdaban faciəsindən 29 il ötür
05 Aprel, 2021 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlər haqqında Seçki Komissiyasının məlumatı
17 Mart, 2021 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
06 Mart, 2021 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
01 Mart, 2021 / Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlə əlaqədar Elan
26 Fevral, 2021 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulmayıb
24 Fevral, 2021 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Fevral, 2021 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur
27 Yanvar, 2021 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin strukturunda dəyişiklik aparılıb
19 Yanvar, 2021 / Mətbuat xidmətinin məlumatı
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
08 Yanvar, 2021 / Mətbuat xidmətinin məlumatı
Ölkə rəhbərinin tapşırığının icrası təmin edilir
23 Dekabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin müəyyən olunmuş limit üzrə borcları tam ödənilir
15 Noyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir
16 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə müraciət edib
06 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
05 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl rayonunun daha 3 kəndi və strateji yüksəklikləri işğaldan azad edildi
04 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl. Həsrətə Son!
04 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Azərbaycanın bir sıra əraziləri işğaldan azad olunub
02 Oktyabr, 2020 / Mətbuat xidmətinin məlumatı
Cəbhədə də, meydanda da qalib komanda - "Qarabağ"