"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1104
Fransalı senator Bakıda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı 30 Mart, 2010
    “Qaçqınların öz torpaqlarına qayıtmaq hüquqları qanunidir və Fransa parlamentinə bu barədə əsaslı məlumat çatdırılacaq”     Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə martın 17-dən Bakıda səfərdə olan Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule martın 19-da səhər Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə birlikdə Binəqədi rayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.     Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən insanların dözülməz şəraitdə yaşadıqlarını görən senator, artıq mövcud vəziyyətə göz yumulmasına son qoymağın və həmin insanlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vaxtı gəldiyini vurğulayıb. O, həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərində son dərəcə israrlı olmasından heyrətləndiyini bildirdi. Senator qeyd etdi ki, onlar bu hüquqların təmin edilməsini tələb edərkən sözsüz ki, haqlıdırlar. Çünki BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən bu hüquqlar rəsmən tanınır. Sonra qaçqınlar üçün nəzərdə tutulmuş yeni binalara baş çəkən senator Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz həmvətənlərinin ağır vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. Lakin yaradılmış şərait necə olursa-olsun bu qaçqınların öz doğma torpaqlarını əvəz edə bilməz.     Jurnalistlərin suallarını cavablandıran Fransanın Azərbaycandakı səfiri cənab Qabriel Keller bildirib ki, nəticənin necə olmasından asılı olmayaraq məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Xanım Natali Qule Fransa Senatına və xarici əlaqələr komissiyasına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilmiş torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı məlumatlar göndərəcəyinə söz verdi.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib