"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1448
Dövlətqaçqınkomun ötən il görülən işlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı geniş kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 29 Yanvar, 2010
     Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Ə. Həsənovun sədrliyi ilə Dövlətqaçqınkomun kollektivinin ötən ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında ətraflı danışılmışdır.      Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki,Dövlətqaçqınkomun kollektivi 2009-cu ildə də öz fəaliyyətini qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının müvafiq qanunlarından, dövlət başçısının imzaladığı fərman və sərəncamlardan, xüsusilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Proqramına edilmiş Əlavələrdən irəli gələn vəzifələrin tələblərinə uyğun şəkildə quraraq qaçqın və məcburi köçkün soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində uğurla davam etdirmişdir.Təkcə ötən il ərzində qaçqın və məcburi köçkünlərlə bağlı dövlət başçısı tərəfindən iki fərman, iki sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən isə on dörd sərəncam və qərar qəbul edilmişdir.Bütün bunları və bu istiqamətdə həyata keçirilən tədbirləri göz önünə gətirdikdə bir daha bəlli olur ki, həqiqətən, ötən ildədə də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olmuşdur.Keçən ilin 17 və 20 noyabr tarixlərində Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı Evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş hündürmərtəbəli binaların, həmçinin Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin açılışı mərasimlərindəki iştirakı və dərin məzmunlu çıxışları, məcburi köçkünlərlə birbaşa ünsiyyətdə olmasıda özlüyündə yuxarıda deyilənləri təsdiqləyir.İclasda qeyd olunmuşdur ki, ötən il Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin, xüsusilə, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, il ərzində Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir.Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatmış və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülmüşdür.Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanmış və bina bu günlərdə istifadəyə veriləcəkdir.Ümumilikdə götürdükdə, təkcə 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülmüşdür.Bunlarla yanaşı,komitənin müvafiq şöbə və idarələri ötən il həmçinin Dövlət proqramında bu il inşası və salınması nəzərdə tutulmuş bina və qəsəbələrin tikintisinə başlanılması üçün müvafiq hazırlıq tədbirləri həyata keçirmişlər.2009-cu ildə Dövlətqaçqınkomun kollektivi qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, işlə, yemək xərci, yanacaq, humanitar yardım, statusla, ehtiyac duyulan mal-materialla, avadanlıqla təmin edilməsi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə salınan yeni qəsəbələrə köçürülməsi və qarşıya qoyulan digər vəzifələrlə məşğul olmuşdur.      Kollegiya iclasına yekun vuran Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənov iclasın gündəliyinə daxil edilmiş məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, ölkə başçısının bu sahəyə gündəlik qayğı və diqqəti kollektivin məsuliyyət hissini artırmaqla qarşıya ciddi və mühüm vəzifələr qoyur.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cənab Prezidentin öz nüfuzundan və təcrübəsindən istifadə etməklə atdığı qətiyyətli və inamlı addımlar, prinsipal mövqe problemin siyasi yolla həlli istiqamətində irəliləyişin əldə olunmasına inam yaradır ki, bütün bunlar da ölkəmizin ən ağırlı problemlərindən olan qaçqın və məcburi köçkün probleminin birdəfəlik həllinə yönəldilmiş addımlardandır.      İclasda Dövlət Komitəsi kollegiyasının 2009-cu il üçün iş planı müzakirə olunaraq təsdiq edilmişdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir