"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1010
2006-cı il 26 iyul tarixdə BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru cənab Ceyms Morrisin rəhbərlik etdiyi nümayəndə heyyəti Azərbaycana səfəri çərçivəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Ə. Həsənovun iştirakı ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir sıra kompakt məskunlaşma obyektlərində olmuşdur.
Mətbuat xidmətinin məlumatı 22 Avqust, 2006
Qonaq Sabirabad rayonu ərazisindəki “Qalaqayın” çadır düşərgəsində, İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında və Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvvəqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşdur. Məcburi köçkünlər cənab Ceyms Morrisa uzun müddət Azərbaycanda fəaliyyət göstərdiklərinə və ərzaq proqramının davamının yenidən iki il müddətinə uzadılmasına görə öz minnətdarlıqlarını bildirmişdilər. Ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il 24 fevral tarixdə İtaliyaya səfəri zamanı məcburi köçkünlərin mənafeyi naminə hətta protokol qaydalarından kənara çıxaraq BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı Direktorunun müavini ilə görüşərək Azərbaycanda iqtisadi inkişafa baxmayaraq məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana qədər humnitar yardımların göstərilməsinin vacib olduğunu bir daha diqqətə çatdırmışdır. Bunun nəticəsi olaraq 2006-cı ilin 1 iyul tarixindən 2008-ci ilin 30 iyununa qədər 24 aylıq müddətə (birinci il 154 min nəfərə, ikinci il isə 134 min nəfərə) BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanda qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə 15, 66 milyon ABŞ dolları həcmində humanitar yardımların davam etdirilməsi qərarını qəbul etmişdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir