"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 526
Azərbaycanda ümumdünya qaçqınlar günü qeyd edilmişdir.
Mətbuat xidmətinin məlumatı 19 İyun, 2009
     İyunun 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Qaçqınlar günü qeyd edilmişdir. Milli Məclisin deputatlarının, nazirlik, dövlət komitəsi və agentliklərinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların, diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları foyedə qaçqınların və məcburi köçkünlərin əl işlərindən ibarət sərgiyə baxmışlar.      Tədbirdə əvvəlcə BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin videomüraciəti nümayiş etdirilmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov məlumat vermişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə 1 milyona yaxın qaçqınlar və məcburi köçkünlər ordusu yaranmışdır. Bundan əlavə, Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqınlar və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslər vardır. Bu gün Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq məcburi köçkünlərin hüquqlarını və sosial müdafiəsini tənzimləyən mükəmməl hüquqi baza yaradılmış və bütün bunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Baş nazirin müavini BMT-nin bəzi konvensiyalarına münasibət də bildirmiş, onların bir çoxunun, xüsusilə qaçqınlarla bağlı olanlarının köhnəldiyini, həmin sənədlərin qəbul edildiyi vaxt “məcburi köçkün” anlayışının olmadığını söyləmişdir.      Əli Həsənov son illər Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən, qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, doğma yurd-yuvasından didərgin düşmüş insanların statusunun müəyyənləşdirilməsi və hüquqlarının tənzimlənməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açmışdır. Qeyd etmişdir ki, xüsusilə neftdən gələn gəlirlərdən bu istiqamətdə səmərəli istifadə etmək məqsədilə yaradılmış Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün son illər bütün sosial-texniki infrastrukturu ilə birlikdə salınmış yeni qəsəbələr və həyata keçirilən digər tədbirlər bu kateqoriyadan olan insanların istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onların gələcəkdə doğma ocaqlarına qaytarılması istiqamətində həyata keçirilən tədbirlərin əsas qayəsini təşkil edir. Komitə sədri müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin “...işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” sözlərini xatırlatmış, Prezident İlham Əliyevin doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə gördüyü işləri minnətdarlıq hissi ilə yada salmışdır. Natiq dövlətimizin başçısının doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinə həmişə həssaslıqla yanaşdığını vurğulamış, bu istiqamətdə görülmüş ardıcıl tədbirləri sadalamışdır.      Komitə sədri məlumat vermişdir ki, son 15 ildə beynəlxalq humanitar təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsi sahəsində ölkəmizdə böyük iş görmüşlər. Xüsusilə ölkəmizin çətinlik çəkdiyi 1994-1995-ci illərdə BMT qurumlarının, digər beynəlxalq təşkilatların qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla xatırladan Ə.Həsənov vurğulamışdır ki, bu yardım olmasaydı, o zaman Azərbaycanda humanitar böhran baş verərdi. Hazırda ölkədə yüzdən artıq beynəlxalq humanitar və milli qeyri-hökumət təşkilatı qaçqın və məcburi köçkünlərə kömək edir. Bütün beynəlxalq humanitar təşkilatlar tərəfindən 1993-cü ildən bəri 753 milyon ABŞ dolları məbləğində müxtəlif layihələr həyata keçirilmişdir. Bunun 360 milyon dolları ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. Azərbaycan dövləti isə qaçqınların və məcburi köçkünlərin sosial-məişət qayğılarının yaxşılaşdırılmasına, digər problemlərinin həllinə 2 milyard manat xərcləmişdir.      Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunana, bütün qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdana qədər respublika hökumətinin qarşısında duran prioritet məsələlər barədə məlumat vermişdir. Demişdir ki, bunlar iş yerlərinin yaradılması, mikrokredit və infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, səhiyyə proqramları, hüquqi yardımlar, vətəndaş cəmiyyətinin inkişafı, reabilitasiya proqramları və sairdir. Qeyd edilmişdir ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramı tam hazırdır. Torpaqlar işğaldan azad olunan kimi Azərbaycan dövləti həmin ərazilərdə bərpa işlərinə başlayacaqdır.      BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda nümayəndəsi Arun Sala Nqarm dünyada qaçqınlar, məcburi köçkünlər, onların vəziyyəti barədə məlumat vermiş, bu insanlara qayğı və diqqətin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, beynəlxalq aləmdə “qaçqın” və “məcburi köçkün” arasında fərq qoyulur. Həmin adamlar üçün bu, absurddur. Çünki sərhədi keçib-keçməməsindən asılı olmayaraq, onların qayğıya ehtiyacı vardır. Ali Komissarlıq məcburi köçkünlər probleminin həllinə çalışır. Əlbəttə, bu sahədə dövlətin rolu çox böyükdür. Natiq qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsində, problemlərinin həllində Azərbaycanın səylərini, Azərbaycan hökumətinin nümayəndəliyə dəstəyini yüksək qiymətləndirərək demişdir: “Məhz bu dəstəyin sayəsində biz mandatımızı yerinə yetiririk”.      Tədbir Məhsəti türklərinin, İraq, Pakistan, Əfqan, İran, çeçen icmalarının, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün uşaqların ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır. Dünya Qaçqınlar günü “Real insanlar, real ehtiyaclar” devizi altında qeyd olunmuşdur.
06 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
03 İyul, 2020 / Mətbuat xidmətinin məlumatı “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb
25 İyun, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub
23 İyun, 2020 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
20 İyun, 2020 / Mətbuat xidmətinin məlumatı KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanıb
15 İyun, 2020 / Mətbuat xidmətinin məlumatı Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
10 İyun, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinə arı ailələri və arıçılıq ləvazimatları verilib
28 May, 2020 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib
18 May, 2020 / Mətbuat xidmətinin məlumatı Əsrarəngiz gözəlliklər diyarı Laçın
24 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı İlham Əliyev 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub
02 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir
02 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 27 il ötür
31 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
16 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
26 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri: "İlk növbədə, sosial vəziyyəti ağır olan köçkünlər mənzillərlə təmin olunacaq"
18 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Eldar Zeynalov: “Köçkünlərin qəzalı binalardan köçürülməsi üçün Yol Xəritəsi hazırlanıb”
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
10 Yanvar, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
13 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir