"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1650
Türkiyənin bəzi kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət nümayəndə heyəti Dövlətqaçqınkomda olmuşdur
Mətbuat xidmətinin məlumatı 26 Fevral, 2013
Fevralın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Türkiyənin “TRT”, “FOX TV”, “Kanaltürk” televiziya kanallarının, “Bu gün”, “Todays zaman”, “Samanyoluxəbər”, “Zaman” qəzetlərinin və “Media PR” agentliyinin əməkdaşları ilə görüşmüşdür. Qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend, maket və 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar. Görüşdə Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, 1992-ci il fevralın 26-da Xocalıda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermiş, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır. Ermənilərin bütün dünya üçün bir təhlükə olduğunu deyən Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın “Biz yaşlı nəsil Dağlıq Qarabağı işğal etdik, Siz gənclər isə Ağrı dağı işğal etməlisiniz” sözlərini diqqətə çatdırmışdır. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini diqqətə çatdıran Əli Həsənov bu problemin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Baş nazirin müavini qonaqlara qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə son 20 ildə dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,5 milyard dolları Dövlət Neft Fondunun payına düşür. Bundan əlavə, indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Türkiyənin bir sıra xeyriyyə təşkilatlarının ölkəmizdə gördüyü işləri yüksək qiymətləndirən Əli Həsənov bu tədbirlərin ölkələrin arasında qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, diasporlarımız da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir. Türkiyə Azərbaycanın haqq işində - bu ədalətsiz münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman ölkəmizin yanında olmuşdur. Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu məqsədyönlü siyasəti nəticəsində dünya ölkələri ilə mehriban, dostluq münasibətlərinin yarandığını, ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd etmişdir. Əli Həsənov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır. Sonra qonaqlara yeni çapdan çıxmış “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb