"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 920
ABŞ-ın Azərbaycandakı səfirinə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilmişdir
Mətbuat xidmətinin məlumatı 21 Fevral, 2013
Fevralın 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşmüşdür. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermiş, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır. Baş nazirin müavini diplomata qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında, eləcə də beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə son 20 ildə dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 77 müasir qəsəbə salınmışdır. Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini demişdir ki, son dövrlərdə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Bunun əksinə, Ermənistanın siyasi, sosial–iqtisadi vəziyyəti daha da ağırlaşmış, təcavüzkar ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması işğalçı ölkədə vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır. Əli Həsənov vurğulamışdır ki, son 20 ildə bütün beynəlxalq humanitar təşkilatlar Azərbaycanda 930 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişlər. Onun 442 milyon dolları ABŞ dövlətinə məxsus QHT-lərin payına düşür. 1995-ci ildə beynəlxalq humanitar təşkilatlar 80 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişdilər. Azərbaycan hökumətinin isə o vaxt praktiki olaraq heç bir imkanı yox idi. 2012-ci ildə isə bütün beynəlxalq humanitar təşkilatlar 25 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişlər, ancaq Azərbaycan 700 milyon dollara yaxın vəsait sərf etmişdir. Münaqişənin həlli prosesindən danışan Əli Həsənov bu istiqamətdə ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Baş nazirin müavini demişdir ki, Azərbaycan Prezidenti münaqişənin həlli və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün ciddi səy göstərir. Qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Azərbaycan-ABŞ münasibətlərinə toxunan Baş nazirin müavini əlaqələrimizin inkişaf etdiyini diqqətə çatdırmış, R.Morninqstara diplomatik fəaliyyətində uğurlar arzulamışdır. R.Morninqstar Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, ABŞ məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat qeyd etmişdir ki, münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupu daha fəal olmuşdur. Sonda qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı disk və kitab hədiyyə edilmişdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb