"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 995
Dövlətqaçqınkomun kollegiya iclasında ötən ilin yekunları müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı 26 Yanvar, 2013
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə üç dəfə müxtəlif bölgələrdə məcburi köçkünlərlə görüşmüş, onlar üçün salınmış qəsəbələrin açılışında iştirak etmişdir. Eyni zamanda ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər problemlərin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən isə 17 sərəncam və qərar qəbul edilmişdir. Dövlətqaçqınkomun kollektivi öz fəaliyyətini məhz bu fərman və sərəncamlardan, qərarlardan, həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və ona edilmiş Əlavələrdən irəli gələn vəzifələrə uyğun olraq bütün sahələrdə əməli dönüşə nail olmuşdur. Kollegiya iclasında gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı vurğulanmışdır ki, dövlət başçısının ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə müntəzəm qayğı və diqqət göstərməsi özlüyündə bir daha sübut edir ki, bu sahədə atılan hər bir addım , imzalanan fərman və sərəncam onların müxtəlif problemlərinin, xüsusən sosial-məişət problemlərinin həlli istiqamətində kollektiv qarşısında da ciddi vəzifələr qoymaqla yanaşı, hərtərəfli tədbirlər həyata keçirilməsinə də şərait yaratmışdır. İclasda qeyd edilmişdir ki, ötən il də kollektiv və məcburi köçkün soydaşlarımız üçün yaddaqalan il olmuşdur. Belə ki, Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaşayış evlərinin və qəsəbələrin açılışında şəxsən iştirak etmişdir. Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbə salınmışdır. 2012-ci ildə, həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülmüşdür. Beləliklə, 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülmüşdür. Kollegiya iclasında cari ildə görüləcək işlərin müzakirəsi zamanı vurğulanmışdır ki, məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə qəsəbələrin hündürmərtəbəli binaların tikintisi davam etdiriləcəkdir. Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki qətiyyətli mövqeyi deməyə əsas verir ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq və bu işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma ocaqlarına qayıdacaqlar. Lakin bu vaxta qədər onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yetirilməsi üçün kollektiv bundan sonra da bütün imkanları səfərbərliyə almaqla öz fəaliyyətini bu istiqamətə yönəldərək bütün imkanlardan maksimum istifadə edəcəkdir. Kollegiya iclasına yekun vuran Baş nazirin müavini –Dövlətqaçqınkomun sədri Əli Həsənov iclasın gündəliyinə daxil edilmiş məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, ölkə başçısının bu sahəyə gündəlik qayğı və diqqəti kollektivin məsuliyyət hissini artırmaqla qarşıya ciddi və mühüm vəzifələr qoyur. İclasda Dövlət Komitəsi kollegiyasının 2013-cü il üçün iş planı müzakirə olunaraq təsdiq edilmişdir.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb