"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1378
Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı iqtisadi əməkdaşlığın fəallaşmasına kömək edəcəkdir
Mətbuat xidmətinin məlumatı 22 Noyabr, 2012
İspaniyaya səfər çərçivəsində Baş nazirin müavini cənab Əli Həsənov İspaniya Senatının sədr müavini Xuan Xose Lukas ilə görüşmüşdür. İkitərəfli münasibətlərin möhkəmlənməsinin vacibliyindən danışan Əli Həsənov energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə toxunmuşdur. O demişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İspaniyada nümayəndəliyini və törəmə şirkətlərini aça bilər. Azərbaycanda bir çox Avropa ölkəsindən şirkətlərin işlədiklərini vurğulayan Baş nazirin müavini bildirmişdir ki, İspaniya mütəxəssisləri də Azərbaycanda fəaliyyət göstərə bilərlər. Buna görə də Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın fəallaşmasına xidmət edəcəkdir. Xuan Xose Lukas qonaqları salamlayaraq İspaniya-Azərbaycan münasibətlərinin inkişafından razılıq ifadə etmişdir. O demişdir ki, İspaniyanın Azərbaycanda səfirliyinin açılması üçün siyasi iradə mövcuddur. Lakin son illər dünya maliyyə böhranı İspaniya iqtisadiyyatına ziyan vurmuşdur. Senatın sədr müavini bildirmişdir ki, İspaniya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin genişlənməsində maraqlıdır. Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan İspaniyada baş verən prosesləri maraqla izləyir və İspaniyanın böhrandan tezliklə çıxacağına ümid bəsləyir. Sonra Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo ilə görüşmüşdür. Xarici işlər naziri qonaqları salamlayaraq ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O Azərbaycanda diplomatik nümayəndəliyin tezliklə açılacağına ümidvar olduğunu bildirmiş və bunun dövlət rəhbərliyinin siyasi iradəsini əks etdirəcəyini vurğulamışdır. Xarici siyasət idarəsinin başçısı Azərbaycanın əlverişli geosiyasi vəziyyətini, habelə İspaniyanın Aralıq dənizi və Atlantik okeana çıxışı olmasını nəzərə alaraq qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır. İspaniya hökumətinin Azərbaycan ilə energetika, tikinti, nəqliyyat sahələrində sıx əməkdaşlıqda maraqlı olduğunu deyən nazir ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan 2015-2016-cı illərdə İspaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəkdir. Əli Həsənov səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan İspaniya ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün böyük imkanlar vardır. Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, o, Avropa və dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan enerji ehtiyatları və geosiyasi vəziyyəti ilə cəlbedicidir. Baş nazirin müavini vurğulamışdır ki, İspaniya ilə əlaqələrin inkişafı üçün daha bir əhəmiyyətli amil mövcuddur. Bu, xalqlarımızın və ənənələrimizin oxşarlığıdır. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışan Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan dünya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyan investor ölkəyə çevrilmişdir. Nə üçün də Azərbaycan İspaniya iqtisadiyyatına sərmayə yatırmasın? İspaniyanın alternativ energetika, liman tikintisi sahəsində böyük təcrübəyə malikdir, İspaniya mütəxəssisləri müvafiq layihələrə cəlb edilə bilərlər. Görüşdə parlamentlərarası qrupun fəaliyyətinin bütün sahələrdə əlaqələrin inkişafına kömək edəcəyinə əminlik ifadə olunmuşdur. Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi