"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1364
Ölkəmizdə səfərdə olan AŞPA-nın miqrasiya, qaçqınlar və əhali üzrə məruzəçisi Con Qrinveyi Baş nazirin müavini Əli Həsənov qəbul etmişdir.
Mətbuat xidmətinin məlumatı 12 May, 2009
     "Avropada uzunmüddətli məcburi köçkünlərin hüquqlarının müdafiəsi" mövzusunda məruzə hazırlamaq məqsədilə ölkəmizə səfərə gəlmiş AŞPA təmsilçisini qəbul edən Baş nazirin müavini - Dövlətqaçqınkomun sədri Əli Həsənov bu nüfuzlu qurumla Azərbaycan arasındakı əməkdaşlığın gündən-günə genişləndiyini, AŞPA da Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında səylər göstərildiyinin önə çəkərək indiyədək bu qurumda ölkəmizin bir saylı probleminin dəfələrlə müzakirə mövzusuna çevrildiyini, qurumun baş katibinin, digər rəsmilərinin Azərbaycana səfərlərini, qaçqın və məcburi köçkünlərimizlə müxtəlif ərazilərdəki məskunlaşma obyektlərindəki görüşlərini, bu soydaşlarımızın neçə illərdir ki, dözülməz vəziyyətdə yaşamalarını və Azərbaycan hökumətinin son illər onların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olmalarını minnəttarlıqla xatırladaraq qeyd etmişdir ki, qonaqların ölkəmizə bu dəfəki səfərləri də məhz bu cür məsələlərlə yerində tanış olmaq, reallıqları Avropa ictimaiyyətinə olduğu kimi çatdırmaq istəyinin nəticəsidir.      Ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara hərtərəfli məlumat verən Ə.Həsənov onu da xüsusi vurğulamışdır ki, bu gün Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq məcburi köçkünlərin hüquqlarını və sosial müdafiəsini tənzimləyən tam hüquqi baza yaradılmışdır ki , bütün bunlar da beynəlxalq standartlara uyğunlaşdırılmışdır.      Son illər Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, onların statusunun müəyyənləşdirilməsi və hüquqlarının tənzimlənməsi istiqamətində görülən tədbirlərdən və qonaqları maraqlandıran digər məsələlərdən ətraflı söhbət açan Əli Həsənov qeyd etmişdir ki, xüsusi ilə bu baxımdan neftdən gələn gəlirlərdən bu istiqamətdə səmərəli istifadə etmək məqsədilə yaradılmış Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün son illər bütün sosial texniki infrastrukturu ilə birlikdə salınmış yeni qəsəbələr və həyata keçirilən digər tədbirlər doğma yurd yuvalarından didərgin düşmüş insanların istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onların gələcəkdə doğma ocaqlarına qaytarılması istiqamətində həyata keçirilən tədbirlərin əsas qayəsini təşkil etməklə mühüm rol oynayır.      Bütün bunlarla bərabər Avropa Şurasının böyük siyasi nüfuza malik olmasını önə çəkən Ə.Həsənov həmçinin bu qurumun münaqişənin həlli istiqamətində imkanlarından maksimum istifadə etməklə həm mövcud problemin həllinə, həm də Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etmishdir.      Sonra qonaqlar Ermənistan-Azərbaycan ,Dağlıq Qarabağ problemini, onun yaranma səbəblərini, tarixi köklərini, Ermənistanın öz havadarlarının diqtəsi ilə təcavüzkar siyasətini, nəhayət, bugünkü reallıqları, qaçqın və məcburi köçkünlərimizin illərlə yaşadıqları ağır durumlarını, bu gün onlar üçün yaradılan hərtərəfli şəraiti əks etdirən sənədli filmə tamaşa etmişlər.      Görüş və söhbətlər zamanı məcburi köçkünlərin yeganə məqsədlərinin doğma ocaqlarına qayıtmaq olduğunu diqqətə çatdıran qonaq bu hissləri yüksək dəyərləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərlə maraqlanmışdır.      Con Qrinvey səfər proqramı çərçivəsində Nərimanov və Sabunçu rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və cənab Ə.Həsənovla görüşündə qeyd etmişdir ki , Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük tərəqqiyə imza atıb.      Görüşdə qarşılıqlı maraqlar doğuran fikirlərə və suallara tam aydınlıq gətirilmiş problemin həllinə kömək göstərə biləcək məsələlər əsas müzakirə mövzusu olmuşdur.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb