"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1577
İmişli rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni müasir tipli qəsəbə istifadəyə verilmişdir
Mətbuat xidmətinin məlumatı 14 Noyabr, 2012
Noyabrın 14-də məcburi köçkünlər üçün İmişli rayonunda inşa olunmuş daha bir qəsəbənin açılışı olmuşdur. Açılış mərasimində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatları, məcburi köçkün və ətraf rayonların icra hakimiyyətlərinin başçıları və digər rəsmi şəxslər iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə evlərə baxmış, Baş nazirin müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından tam təmirli, mebel və digər məişət avadanlığı ilə təmin olunmuş üçotaqlı evin açarlarını Füzuli rayonundan olan məcburi köçkün Camal Sadıqovun ailəsinə təqdim etmişdir. Evin sahibəsi, qəsəbə qadınlar şurasının sədri Əsli Sadıqova göstərilən diqqət və qayğıya görə məcburi köçkünlər adından dövlətimizin başçısına dərin minnətdarlıq etmişdir. Sonra tədbir qəsəbədəki tam orta məktəbdə davam etmişdir. Burada məktəbin özfəaliyyət kollektivinin ifa etdiyi xalq mahnıları iştirakçılara xoş ovqat bəxş etmişdir. Baş nazirin müavini Əli Həsənov məcburi köçkünləri Prezident İlham Əliyevin adından yeni qəsəbənin açılışı münasibətilə təbrik etmişdir. Əli Həsənov, həmçinin Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə partiya üzvlərini və bu siyasi partiyanı dəstələyən bütün insanları təbrik etmişdir. Baş nazirin müavini demişdir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır. Ulu öndərimizin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Son bir neçə ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan 72 yeni qəsəbə salınmış, 120 minə yaxın məcburi köçkün həmin qəsəbələrdə məskunlaşmışdır. Cari ilin sonunadək daha 4 yeni qəsəbə istifadəyə veriləcəkdir. Bu qəsəbələrdə daha 20 min məcburi köçkün məskunlaşacaqdır. Məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi növbəti illərdə də davam etdiriləcəkdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə “məskunlaşdırma prosesi” “qayıdış proqramı” ilə əvəz olunacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim inkişaf etdiyini deyən Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, bir sıra mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi bir daha sübut edir ki, dövlətimizin nüfuzu bütün dünyada artmış, mövqeləri daha da möhkəmlənmişdir. Əli Həsənov demişdir: “Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən, onun ideyalarını dönmədən həyata keçirən İlham Əliyevin digər siyasətçilərdən əsas fərqi ondadır ki, o, öz millətinin xoşbəxt gələcəyini düşünür. Xalqını parlaq gələcəyə aparır. Qədirbilən xalqımız da bu əməlləri layiqincə qiymətləndirir və onun siyasətini dəstəkləyir. Əminik ki, xalqımız növbəti seçkilərdə də öz düzgün seçimini edəcək və ulu öndərin layiqli davamçısına səs verəcəkdir”. Əli Həsənov işğalçı Ermənistanda baş verən proseslərə də toxunmuş, son 15 ildə 1,5 milyon, təkcə bu ilin 9 ayında isə 90 min insanın Ermənistanı tərk etdiyini bildirmişdir. Baş nazirin müavini demişdir ki, Ermənistan dövləti tam iflasa uğramışdır və bu dövlətin rəhbərliyi bunu yaxşı başa düşür. Lakin onlar xarici havadarlarının həm təzyiqi, həm də köməyi qarşısında öz çirkin əməllərindən əl çəkə bilmirlər. Azərbaycan dövləti isə daha da möhkəmlənir və inkişaf edir. Bu inkişaf isə bizə öz problemimizi həll etməyə imkan verir. Sonra Füzulu rayonundan olan məcburi köçkün Camal Sadıqov qaçqın və məcburi köçkünlər adından çıxış etmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. Qəsəbədə ev ilə təmin olunmuş məcburi köçkün Ümidvar Ağayev və İradə Miriyeva da onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Məlumat üçün bildirilr ki, yeni qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş əlavənin müvafiq bəndinə əsasən tikilmişdir. İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni yaşayış qəsəbəsi salınmışdır. Qəsəbənin ərazisi 100 hektar (ha) sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə köçürüləcək məcburi köçkünlərə pay torpaqları kimi nəzərdə tutulmuşdur. Bu qəsəbədə inşa edilmiş 325 evdən, 30-u birotaqlı, 163-ü 2 ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlıdır. Bundan əlavə, qəsəbənin ərazisində 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi tikilmişdir. Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulmuşdur. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün 2,7 kilometr uzunluğunda qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində 4 kilometr uzunluğunda drenaj şəbəkəsi tikilmişdir. Baş nazirin müavini qəsəbədə aparılmış tikinti-abadlıq işlərindən, məcburi köçkünlər üçün yaradılmış şəraitdən razılığını bildirmişdir.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib