"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1069
Ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Ali Komissarlığın Avropa Bürosunun direktoru xanım Pirko Kourula 2006-cı il avqustun 16-da Sabirabad, Biləsuvar və Beyləqanda məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşlar.
Mətbuat xidmətinin məlumatı 21 Avqust, 2006
Sabirabad ərazisindəki “Qalaqayın” çadır düşərgəsində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayonlardan 2189 ailə müvəqqəti məskunlaşmışdır. Ali komissarın doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşünü Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov açaraq qonaqları təqdim etmiş, onların təmsil etdikləri qurumun xüsusilə 1994-1995-ci illərdə qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla yada salmışdır. 2006-cı il avqustun 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş və Ali Komissarlığın Avropa Bürosunun direktoru xanım Pirko Kourula ilə görüşmüşdür. Görüşdən əvvəl qonaqlar Komitənin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentində əməkdaşlarla söhbət etmişlər. Cənab Əli Həsənov Azərbaycanda fəaliyyət göstərən 70 beynəlxalq huma nitar təşkilat içərisində Ali Komissarlığın Bakı ofisinin əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, bu ofis humanitar təşkilatların, bir növ, əlaqəndirici rolunu oynayır. Eyni zamanda Dövlətqaçqınkom əməkdaşlarının beynəlxalq təcrübəyə yiyələnməsində böyük köməyi var. Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin problemlərini hökümətin operativ həll etmək istəyini, bu sahədə görülən işləri tədqirəlayıq saymışdır. O demişdir ki, bu sahədə mövcud vəziyyəti beynəlxalq ictimaiyyətə anlatmağımız çox faydalı olardı. Beynəlxalq ictimaiyyətin bu problemə münasibəti çox əhəmiyyətlidir. Sevindirici haldır ki, Azərbaycan höküməti qayıdışı hazırlamaqla bərabər, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmağa da səy göstərir. Antonio Quterreş bir daha əmin etmişdir ki, Azərbaycanın qarşılaşdığı problemlərin həllində əlindən gələn köməyi əsirgəməyəcəkdir. Qonaqlar Komitədə yaradılan “Heydər Əliyev güşəsi”ndə də olmuş, eksponatlarla tanış olmuşlar. Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 17-də Prezident Sarayında BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı Antonio Quterreşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlərimizin başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkəmiz üçün başlıca problem oldüğunun bildirdi. O, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan höküməti tərəfindən zəruri tədbirlərin görüldüyünü və tezliklə bütün çadır düşərgələrinin ləğv olunacağını vurğuladı. Prezident İlham Əliyev bu səfərin Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovla birlikdə Azərbaycana səfərin yekunlarına dair 2006-cı il avqustun 17-də “Hyat-Regency” mehmanxanasında mətbuat konfransı keçirmişlər. Antonio Quterreş Azərbaycanda gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Sabirabad, Biləsuvar və Beyləqanda qaçqınlarla görüşündən təsəssüratı ilə bölüşmüş. Ali Komissar qaçqınların və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan hökümətinin qördüyü işlərə valeh olduğunu xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycanın bu sahədəki işi başqa ölkələrə nümunə olmalıdır. 2006-cı il avqustun 18-də Azərbaycanın xarici ölkəlkərdə fəaliyyət göstərən səfirlik, konsulluq və nümayəndəliklərin rəhbərləri Sabirabad rayonunda məcburi köçkünlərin Qalaqayın çadır düşərgəsində olmuşlar. Diplomatlar Ermənistanın işaqlı nəticəsində ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla görüşmüş, onların problemləri ilə tanış olmuşlar.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb