"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1192
Belçika krallığının nümayəndələri “Dövlətqaçqınkom”da olmuşlar.
Mətbuat xidmətinin məlumatı 31 Mart, 2009
     Martın 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan Belçika Krallığının senatoru xanım Dominique Tilmansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nümayəndə heyətinə deputat xanım Marion Lemrs, Belçika Sular İdarəsinin rəhbəri Sadik Köksal, “BelTürk” qəzetinin baş redaktoru xanım Şərifə Özdəmir daxil idi.      Əli Həsənov qonaqlara Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqları, işğal nəticəsində ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün problemi haqqında məlumat vermiş, bu kateqoriyadan olan soydaşlarımızın sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, artıq Azərbaycanda çadır şəhərciyi qalmadığını vurğulamışdır.      “Dövlətqaçqınkom”un sədri münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT-nin kağız üzərində qalmış məlum qətnamələri barədə də söz açmışdır. Qonaqlar münaqişənin tarixi, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edən sənədli filmə maraqla baxmışlar.      Dominique Tilmans bildirmişdir ki, səfər Azərbaycanla tanışlıq xarakteri daşıyır. O, ətraflı məlumat üçün təşəkkür etmiş və vurğulamışdır ki, söylənilən faktlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək etmişdir.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib