"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 670
Mətbuat xidmətinin açıqlaması
Mətbuat xidmətinin məlumatı 07 İyun, 2023

Son günlər bəzi internet media resursları məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün müəyyənləşdirilmiş vahid aylıq müavinətin və kommunal xidmətlərin haqqının maliyyələşdirilməsi məqsədilə 2020-2022-ci illərdə dövlət büdcəsindən Dövlət Komitəsinə ayrılmış vəsaitdən düzgün istifadə edilmədiyi, yəni büdcə xərclərinə ümumilikdə, 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaradıldığı barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadla məlumat yayıblar.

 

Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsində bu il Hesablama Palatası tərəfindən aparılan və 2020-2022-ci illəri əhatə edən audit nəticəsində büdcə vəsaitindən düzgün istifadə edilməməsi ilə bağlı müəyyənləşən hallar, əsasən, məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə bağlıdır.

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir. Audit həmin Qayda  ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığını, müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmadığını müəyyənləşdirib.

 

Audit rəyində istifadəsi düzgün sayılmayan məbləğin əsas hissəsini, yəni 70,6 faizini (14,2 mln manat) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, 22,4 faizini (4,5 mln manatı) isə dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri dövrdə  məcburi köçkünlük statusuna malik şəxslərə ödənilmiş vahid aylıq müavinət təşkil edir.

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman vahid aylıq müavinət almış məcburi köçkünlərin 49,4 faizi (7338 nəfər) 2020-2022-ci illərdə müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini dayandırıb, dövlət qulluğunun xüsusi növündə xidmət edən və həmin dövrdə müavinət alan məcburi köçkünlərin isə, ilkin məlumatlar əsasında, 53,6 faizinin (1579 nəfər) 2020-2022-ci illərdə müvafiq vaxtlarda dövlət qulluğunun xüsusi növündə xidməti fəaliyyətinə xitam verilib. Hər iki hal, mövcud qaydalara uyğun olaraq, cari dövrdə həmin şəxslərin vahid aylıq müavinət almaq hüququnun bərpa edilməsi ilə nəticələnib.

 

Məlumat üçün bildiririk ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ödənişinin operativliyini təmin etmək və bu sahədə idarəetməninin  optimallaşdırılması məqsədilə 2022-ci ildə “Elektron hökumət” portalında müvafiq informasiya sistemi yaradılıb.

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kimi məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsi, bu sahədə fəaliyyətin optimalaşdırılması, effektivliyinin artırılması komitənin əsas vəzifələrindəndir və  vahid aylıq müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınması barədə auditin tövsiyələri bundan sonra da yerinə yetiriləcəkdir.

25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib