"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1036
Dövlət Komitəsində bir ilk: Dünya Bankı ilə qrant sazişi imzalandı
Tədbirlər 02 İyun, 2023

İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu  imzalanıb. Sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl imzalayıblar.

Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq ölkəmizdə 2023-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışın və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.

Ortaq əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri çərçivəsində müxtəlif proqramların həyata keçirilməsində icmaların iştirakının təmini, davamlı inkişaf siyasətinə hazırlıq məqsədilə məcburi köçkün icmalarda  bacarıqların artırılması, onların inkişaf etməsi üçün  zəruri mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 36 ay davam edəcək layihəyə ümumilikdə 18 şəhər və rayon üzrə 520 benefisiarın bilavasitə eyni sayda ailəni əhatə etməklə, ümumilikdə 2500 nəfərdən çox işsiz şəxsin cəlb edilməsi planlaşdırılır. Qrant layihə çərçivəsində hazırda yaşayış şəraitinə görə həssas kateqoriya kimi müəyyən edilmiş məcburi köçkünlərə üstünlük veriləcəkdir.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib