"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 582
Məcburi köçkün məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib
Tədbirlər 31 May, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün şagirdlər arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri keçirilib. Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıdakı 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş turnirdə 100 nəfər məktəbli iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri vardır. Həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişib və hazırda da bu idman sahəsi hərtərfli dövlət qayğısı ilə əhatə olunub. Vaxtilə ərazisi işğal altında olmuş rayonlarımızın şahmat məktəbləri də məhz bu qayğı sayəsində öz fəaliyyətlərini fasiləsiz davam etdiriblər. Mərasimdə belə bir inamla bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının icrası çərçivəsində yeni salınan yaşayış məntəqələrində şahmat məktəblərinin bərpa edilməsi uşaq və gənclərin bu xüsusi idman növü ilə daha fəal şəkildə məşğul olmasına imkan yaradacaqdır.

Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsindən sonra başlanan yarışda yeniyetmə şahmatçılar blits üslubunda qüvvələrini sınayıblar. Yeddi turdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerlərin qalibləri müəyyənləşib. Qaliblər hədiyyə və diplomla  mükafatlandırılıblar. Turnirin bütün iştirakçılarına sertifikat təqdim edilib.  

Tədbirdə Dövlət komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib