"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1499
Qurban bayramı ərəfəsində azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə RF FHN-in humanitar yardımı çatdırılmışdır
Mətbuat xidmətinin məlumatı 13 Dekabr, 2008
Baş nazirin müavini, respublika Beynəlxalq Humanitar Yardım Komissiyasının sədri cənab Əli Həsənov BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində Bakıya qaçqınlar və məcburi köçkünlər üçün humanitar yardım gətirmiş Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Nikolay Zelenyuk və Dmitri Qolubkovla, habelə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Trofimovla görüşmüşdür.     Cənab Əli Həsənov Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin vəfatı ilə əlaqədar onlara başsağlığı vermişdir. O, BMT-nin Ümumdünya Ərzaq Proqramı barədə qısa məlumat verərək bildirmişdir ki, bu proqram üzrə ölkəmizdə 1993-2008-ci illərdə qaçqınlara və məcburi köçkünlərə 115 milyon ABŞ dollarından artıq məbləğdə yardım göstərilmişdir. O qeyd etmişdir ki, Rusiya FHN-in də Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərməsi ilk dəfə deyildir. Məsələn, 2007-ci ilin dekabr ayında nazirlik ölkəmizə 2 milyon ABŞ dolları həcmində humanitar yardım göndərmişdi. 2008-ci ilin yanvar ayında da qaçqınlara və məcburi köçkünlərə yardım göstərilmişdi. O vaxt humanitar yükü müşayiət edən N.Zelenyuk BMT-nin Ümumdünya Ərzaq Proqramının Bakı nümayəndəliyinin rəhbəri Linn-Coys Miller ilə birlikdə Mingəçevirdə və Bərdədə qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərə baş çəkmişdi. Cənab Ə.Həsənov vurğulamışdır ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı ölkəmizdə işini başa çatdırandan, artıq yarım ildir ki, bu təşkilatın Bakıdakı ofisi bağlandıqdan sonra bu yardım xüsusi əhəmiyyət kəsb edir. Rusiya FHN-in yarım milyon ABŞ dolları həcmində məqsədyönlü humanitar yardımı Qurban bayramı ərəfəsində Ağdam, Füzuli və Biləsuvar rayonlarında məskunlaşmış məcburi köçkünlərə paylanmışdır. Nikolay Zelenyuk bildirmişdir ki, azərbaycanlı qaçqın-köçkünlərə humanitar yardım Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin “Azərbaycan Respublikasının əhalisinə humanitar yardımın maliyyələşdirilməsi üçün əlavə məqsədli ödəniş haqqında” 2008-ci il 12 iyun tarixli Sərəncamına əsasən ayrılmışdır. Dekabrın 11-də qonaqlar Biləsuvar rayonuna gedəcək və humanitar yardımın necə bölüşdürülməsi ilə yerində tanış olacaqlar.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb