"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 317
Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 11 Aprel, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birgə tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi tarixi hadisə adlandırılaraq, bunun dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğu iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusunu – işğal altında olan ərazilərimizin azad edilməsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu reallaşdırıb.

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində bu şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır.

 

Tədbirdə Komitədə çalışan 13 nəfər əməkdaşın YAP sıralarına qoşulmaq üçün müraciətlərinə də baxılıb, partiyanın üzvlüyünə qəbul edilib. YAP üzvü olan bir qrup əməkdaşa isə fəxri fərmanlar təqdim edilib.

 

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunan Komitə  əməkdaşı Vüsal Babayev çıxış edərək bildirib ki, belə bir əlamətdar vaxtda inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasına üzv olmaq həm məsuliyyət, həm  fəal vətəndaşlıq mövqeyi, həm də böyük şərəfdir. 

23 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
15 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
10 May, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02 May, 2023 / Tədbirlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
12 Aprel, 2023 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib