"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 49
Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib
Rəsmi xronika 27 Mart, 2023

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

 

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. “Qalatasaray” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qarabağ” – “Qalatasaray” xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2.

 

“Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə üzərində komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim etdi.

 

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

05 May, 2023 / Rəsmi xronika Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub
04 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib
03 May, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
08 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
06 Aprel, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfərinə gedib
04 Aprel, 2023 / Rəsmi xronika Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
04 Aprel, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
28 Mart, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
20 Fevral, 2023 / Rəsmi xronika Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirilib
20 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib
20 Fevral, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri
08 Fevral, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib
03 Fevral, 2023 / Rəsmi xronika Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
11 Yanvar, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
12 Dekabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
08 Noyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
08 Noyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub
20 Oktyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda olublar
20 Oktyabr, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər
13 Avqust, 2022 / Rəsmi xronika Prezident İlham Əliyev: Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq