"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 441
Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
Tədbirlər 17 Mart, 2023

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Azərbaycan nümayəndəliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadi inkişafı” (EPİC) layihəsi çərçivəsində iki sosial sahibkarlıq subyektinin təqdimatı olub.

“Dəzgah” Ağdamda Yenikənd qəsəbəsində yaşayan bir qrup məcburi köçkün qadın, “Təmas Sarvi” Gəncə şəhərində qadın təşəbbüskarlar tərəfindən yaradılıb. Əsasən, tekstil və ev əşyaları istehsalı ilə məşğul olan bu sosial müəssisələr GİZ-in maddi-texniki, Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə təşkil edilib. Qadınlar peşə hazırlığı, biznesin idarə edilməsi üzrə təlimlər keçib, zəruri avadanlıqlarla təchiz olunublar.

Qeyd edilib ki, sosial sahibkarlığı  ənənəvi bisnes fəaliyyətindən fəqrləndirən əsas xüsusiyyət onun ictimai missiya daşıması, mənsub olduğu icmanın inkişafına xidmət göstərməsidir. Diqqətə çatdırılıb ki, “Dəzgah” sosial brendi öz gəlirinin beş faizini məcburi köçkün qadınların fərdi inkişafına, “Təmas Sarvi” isə gəlirini ümumilikdə gender əsaslı zorakılıq və insan alveri qurbanlarının dəstəklənməsinə sərf edir.

Tədbirdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev, GİZ-in Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hörhan, layihə rəhbəri Yörq Le Blank  və başqaları iştirak ediblər.

Tədbir iştirakçıları əhalinin aztəminatlı təbəqəsinin maddi rifahının yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına müsbət təsir göstərən sosial sahibkarlıq təşəbbüslərinin daha da genişlənməsinin vacibliyini vurğulayaraq, məcburi köçkün icmalarının bu sahədə fəaliyyətinə dəstəyin davam etdiriləcəyini bildiriblər.

 

https://www.youtube.com/watch?v=CnmKzdFe3cw

05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
15 Noyabr, 2023 / Tədbirlər Laçın rayonuna növbəti infotur təşkil edilib