"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 137
Talış kəndinə 20 ailə köçürülüb
Tədbirlər 16 Mart, 2023

Martın 16-da Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri yolasalma mərasimində iştirak ediblər.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

 

İndiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən sonra doğma yurda qayıdır. Talış kəndində də evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

 

Doğma yurda köçürülmə davam etdiriləcək.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib